Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının (Cənubi) İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində təhsil alan tələbələr Hakaton müsabiqəsində uğurlu nəticə göstəriblər.
SOCAR-ın Bakı Ali Neft Məktəbində “PAŞA Sığorta” şirkətinin keçirdiyi müsabiqədə BMU-İNHA İDP-nin informasiya texnologiyaları ixtisası üzrə təhsil alan III kurs tələbələri - Ayxan Ələkbərov və Fidan Mahmudlu ikinci yerə layiq görülüblər.
Hakaton müsabiqəsinə ümumilkidə 70-ə yaxın komanda müraciət edib. 33 komandanın dəvət aldığı müsabiqədə sonda 22 komanda mübarizə aparıb.
İctimaiyyətlə əlaqələr şöbəsi