Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın İNHA Universitetinin birgə həyata keçirdiyi ikili diplom proqramının (İDP) tələbələri arasında “Brain ring” bilik yarışı təşkil olunub.
Universitetin Xarici dillər kafedrasının müdiri Ətrabə Gül, BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli çıxışlarında tələbələrin belə bilik yarışlarında iştirakının əhəmiyyətindən bəhs ediblər.
Adıçəkilən kafedranın təşkilatçılığı ilə baş tutan yarışda hər birində 5 tələbə olmaqla, 10 komanda biliklərini sınayıb. Tələbələrə müxtəlif fənlər, o cümlədən fəlsəfə, psixologiya, coğrafiya, tarix, eləcə də Koreyanın tarixi, mədəniyyəti, coğrafiyası haqda suallar ünvanlanıb.
İki saat davam edən yarışın qalibi “Veni Vidi Vici” komandası olub.
Qalib komandanın üzvlərinə sertifikatlar təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi