BMU-İNHA İDP-nin tələbələri “Smart Hackathon 2023”-də uğurlu nəticələr göstəriblər

01 May 2023
BMU-İNHA İDP-nin tələbələri “Smart Hackathon 2023”-də uğurlu nəticələr göstəriblər

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) üzrə təhsil alan tələbələr “Smart Hackathon 2023”- də uğurlu nəticələr göstəriblər.

Belə ki, yarışda proqram çərçivəsində informasiya texnologiyaları ixtisası üzrə təhsil alan II kurs tələbələri Ayhan Ələkbərov, Murad İbrahimov və inşaat mühəndisliyi ixtisasının III kurs tələbəsi Aysel Həsənovanın üzv oldquqları “SafeEyes" komandası ikinci yerə, informasiya texnologiyaları ixtisası üzrə təhsil alan II kurs tələbəsi Nəbi Şirinovun tərkibində yarışdığı “Enigma” komandası isə birinci yerə vəsiqə qazanıb.

Müsabiqədə fərqlənən BMU-İNHA İDP tələbələri mükafatlandırılıb.

 “Smart Hackathon 2023” Xəzər Universitetinin və Neft Mühəndisləri Cəmiyyətinin (NMC) təşkilatçılığı, “MLK Tech Group”-un sponsorluğu ilə baş tutub. “Smart Hackathon” təhsil müəssisələrinin istedadlı tələbələrini bir araya gətirməklə, onların bacarıqlarını nümayiş etdirməsinə imkan verən platformadır. Müsabiqə, həmçinin tələbələrin sənaye mütəxəssisləri ilə şəbəkə qurması, rəqabətli və sürətli tempdə bacarıqlarınıı nümayiş etdirərək, təcrübə qazanmalarına dəstək olur.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər