Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı (İDP) çərçivəsində təhsil alan 9 tələbə Koreya (Cənubi) Respublikasının sözügedən ali təhsil müəssisəsində tədqiqat proqramına cəlb olunub.
Bu tələbələr İDP-nin şərtlərinə əsasən, cari tədris ili üzrə sonuncu kursu hazırda Koreyada davam etdirən 61 tələbə arasından seçilib.
Tələbələr-Şahmurad Orucov, Sahibzaman Şirinov, Aynur Məmmədova, Sübhan Abdullayev, Cavid Quliyev, Səbuhi Ağazadə, Elzamin Quliyev, Səbinə Məmmədova və Rəvan Ağazadə İNHA Universitetində gerçəkləşdirilən tədqiqat proqramı, laboratoriya fənləri və işləri barədə ətraflı məlumatlandırılıb. Eyni zamanda, onlara fənlərə qeydiyyat prosesi izah olunub, daha sonra müvafiq dərslərə başlanılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi