Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (İDP) tələbələri arasında növbəti “Brain ring” bilik yarışı keçirilib.
Universitetin Xarici dillər kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirdə BMU İNHA İDP üzrə tədris olunan ixtisasların I kursunda təhsil alan tələbələr iştirak edib.
Hər birində 5 tələbə olmaqla, 7 komanda arasında keçirilən yarışda tələbələrə müxtəlif fənlər, o cümlədən fəlsəfə, psixologiya, coğrafiya, tarix, eləcə də Koreyanın tarixi, mədəniyyəti, coğrafiyası haqda suallar ünvanlanıb. İki saat davam edən yarışın qalibi “Noe” komandası (Nurlan Həsənov, Emil Əkbərli, Ilkin Kərimli, Sema Balıyeva, Ləman Gəncəli) olub.
Qalib komandanın üzvlərinə sertifikatlar təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi