Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) barədə maarifləndirmə işləri çərçivəsində növbəti “Açıq qapı” günü keçiriləcək. BMU-İNHA İDP-yə 2023/2024-cü tədris ili üzrə qəbul və proqramın təklif etdiyi üstünlüklərlə bağlı məsələləri əhatə edəcək tədbirin 24 iyul saat 15:00-da təşkili nəzərdə tutulur.
“Açıq qapı” günündə proqram üzrə ali təhsilin bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üzrə qəbulu həyata keçirilən ixtisaslar, qəbul balları, Koreya Respublikasındakı təhsil prosesi və s. barədə məlumat veriləcək, suallar cavablandırılacaq.
Qeyd edək ki, tədbir BMU-da baş tutacaq. Abituriyentlər, həmçinin BMU-nun tədris binaları, laboratoriya və avadanlıqları ilə tanış olmaq imkanı əldə edəcəklər.
“Açıq Qapı” günündə iştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir.
Qeydiyyat linki: https://forms.gle/eXbisM3VQhahyVQN9
İctimaiyyətlə əlaqələr şöbəsi