Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında ikili diplom proqramı barədə maarifləndirmə işləri davam etdirilir.
Bu istiqamətdə növbəti tədbir kimi 19 iyul 2023-cü il tarixində saat 15:00-da Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin "Dövlət Proqramları İdarəetmə Qrupu"nun (DPİQ) təşəbbüsü ilə onlayn məlumat sessiyası keçiriləcək.
BMU-nun rəsmi “Facebook” səhifəsi üzərindən canlı məlumat sessiyasında BMU-İNHA İDP-nin idarə edilməsi bölməsinin direktoru Humay Cəfərli, BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupunun layihə meneceri Aytən Şadlinskaya iştirak edəcəklər.
Sessiya zamanı proqram üzrə ali təhsilin bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üçün qəbulu həyata keçirilən ixtisaslar, qəbul balları, proqramın yaratdığı imkanlar və s. barədə ətraflı məlumat veriləcək, suallar cavablandırılacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi