Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları üçün Koreya Respublikasının İNHA Universitetində təşkil olunmuş təlimlər artıq yekunlaşır. İki universitet arasında gerçəkləşdirilən tam dövlət təqaüdlü ikili diplom proqramı çərçivəsində Elektrik mühəndisliyi və İnşaat mühəndisliyi ixtisasları üzrə tədrisi həyata keçirən 16 nəfərdən ibarət professor-müəllim heyətinin iştirak etdiyi 6 həftəlik təlim proqramının sonuncu həftəsində Koreyanın müxtəlif bölgələrinə səfərlər təşkil olunub.
Ölkənin tarixi və mədəni həyatının daha yaxşı tanıdılması məqsədi daşıyan səfər müddətində BMU nümayəndə heyəti İksan şəhəri, Mireuksa Temple Site, Jeonju şəhərində Hanok Village ilə tanış olublar.
Təlim iştirakçıları Gvnagju şəhəri, Yudalsan dağı, Boseong şəhəri, Boseong Green Tea Plantationu, Yeosu şəhəri, Dolsan Park və Odongdo adalarını da ziyarət ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi