Bakı Mühəndislik Universitetində (BMU) tədrisi Koreya Respublikası İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan 3 həftəlik “Yay məktəbi” başa çatıb.
BMU ilə İNHA arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı çərçivəsində təşkil edilən yay tədris prosesi İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisaslarını əhatə edib.
Koreyalı professor və müəllimlər (Jaehak Chung, Kvangsub Yoon, Paikkyun Shin, Sang Bang Choi, Jaehyun Park, Changkyu Lee, Seung Gol Lee, Deak Hvan Kim, Jasurbek Khodjaev, Yeongkyo Seo, JaeHoon Jun, Kvangki Kim, Kvangbae Kim, Youngkyun Shin, Kyunghun Kim, Hyojoon An, Ju Hyun Park, Sərvər Abdullayev) sözügedən ixtisaslar üzrə “İKT-ya giriş”, “Siqnallar və sistemlər”, “Rəqəmsal dövriyyələr”, “Ətraf mühit mühəndisliyi və labaratoriya”, “İlkin müşahidə və praktika”, “Yaradıcı düşüncə və problem həlli”, “Rəqəmsal siqnalların emalı”, “Rəqəmsal sistemlərin layihələndirilməsi”, “Avtomatik idarəetmə”, “Elektron dövrələri - II”, “Genişləndirilmiş struktur analizi”, “Hidrologiya” fənlərini tədris ediblər.
“Yay məktəbi”nin təcrübə yönümlü son dərsləri, xüsusən də İnşaat mühəndisliyi ixtisasının ikinci kurs tələbələri üçün professor Kvangbae Kimin tədris etdiyi “Geodeziyanın əsasları və təcrübə” fənni universitetin həyətində - açıq havada təşkil olunub.
“Yay məktəbi”nin sonunda iştirakçılar üçün final imtahanı keçirilib. Ictimaiyyətlə əlaqələr şöbəsi