Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində ölkəmizdə fəaliyyət göstərən koreyalı müəllimlər üçün Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tədbirə ikili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri (İNHA) Hyunjin Yang, Koreya dili və mədəniyyətini tədris edən (Koreya Fondu) Ho Choi, həmçinin iki ali təhsil ocağının əməkdaşlığı çərçivəsində Koreya dilinin tədrisi üçün ölkəmizdəki Seconq İnsitutuna ezam olunmuş müəllim Yongşik Cu qatılıb.
Xarici dillər kafedrasının təşkilatçılığı ilə baş tutan tətbirdə öncə Azərbaycanın milli bayramı olan - Novruz bayramı haqqında videoçarx nümayiş olunub.
Kafedranın müdiri, dosent Ətrabə Gül Novruz bayramının tarixi, adət-ənənələri və rəmzləri barədə zəruri məlumatları koreyalıların diqqətinə çatdırıb.
Azərbaycan və Koreya arasında münasibətlərin, o cümlədən mədəni əlaqələrin daha da inkişaf etdiyini vurğulayan Ə.Gül BMU ilə İNHA Universitetinin birgə həyata keçirdiyi layihələrin önəmindən bəhs edib.
Koreyalı müəllimlər tədbirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Novruz təamları təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi