BMU-da İDP tələbələri arasında “Brain ring” intellektual yarışı keçirilib

03 İyun 2022
BMU-da İDP tələbələri arasında “Brain ring” intellektual yarışı keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı çərçivəsində təhsil alan I və II kurs tələbələri arasında “Brain ring” intellektual yarışı keçirilib.

Qalibiyyət uğrunda 10 komanda yarışıb və gərgin keçən bilik yarışında “Mühəndislər” komandası birinci olub.

BMU-nun Xarici dillər kafedrasının müdiri Ətrabə Gül, BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli çıxışlarında gənclərin bilik yarışlarında iştirakının önəmindən danışıblar və onlara uğurlar arzulayıblar.

Adıçəkilən proqramın idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang təşkilati dəstəyə görə Xarici dillər kafedrasına təşəkkürünü bildirib, yarış qaliblərini təbrik edib.

Sonda qalib komandanın üzvlərinə hədiyyə və sertifikatlar təqdim olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər