Bakı Mühəndislik Universitetində (BMU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində “Brain ring” bilik yarışı keçirilib.
Universitetin Xarici dillər kafedrasının təşkilatçıılığı ilə baş tutan yarışda BMU ilə Cənubi Koreya Respublikası İNHA Universitetinin birgə həyata keçirdiyi ikili diplom proqramının (İDP) II və III kurs tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən kafedranın müdiri Ətrabə Gül təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlu nəticələrindən, həmçinin hazırda gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif dövlət proqramlarından bəhs edib.
BMU-İNHA İDP-nin idarə edilməsi bölməsinin direktoru Humay Cəfərli isə tələbələrin belə bilik yarışlarında iştirakının əhəmiyyətinə diqqət çəkib.
7 komanda arasında keçirilən “Brain ring”də tələbələrə müxtəlif fənlər, o cümlədən fəlsəfə, psixologiya, coğrafiya, tarix haqda suallar ünvanlanıb.
Sonda qalib komandanın üzvlərinə sertifikat və hədiyyələr təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi