Bakı Mühəndislik Universitetində (BMU) 2022/2023-cü tədris ilinin ənənəvi formada təşkilinə start verilib.
Yeni tədris ilində ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Məlumat üçün bildirək ki, BMU-nun cari ildə bakalaviatura səviyyəsi üzrə qəbul planı 97.78 faiz təşkil edib. BMU-ya 25 ixtisas üzrə qəbul olan yeni tələbələrin 72 faizi dövlət sifarişi, 28 faizi isə ödənişli əsaslarla təhsil alacaq.
Bu il ixtisas seçimində BMU-ya üstünlük verən yüksək nəticə göstərmiş tələbələrin sayında müsbət tendensiya qeydə alınıb. Belə ki, əvvəlki tədris ili ilə müqayisədə BMU-nun bakalavr pilləsinə qəbul olan tələbələr arasında 600-dən yüksək bal toplayanların sayı 2 dəfədən çox artıb. Eyni zamanda, 500-dən artıq bal toplayanların sayı 70 faizi ötüb. Bununla yanaşı, BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə həyata keçirilən ikili diplom proqramını seçənlər arasında 600-dən yüksək bal toplayanlar 49 nəfər, 500-dən yüksək bal toplayan isə 51 nəfər təşkil edib.
İctimaiyyətlə əlaqələr şöbəsi