Abituriyentlər BMU-da ekskursiyada olublar

06 Aprel 2023
Abituriyentlər BMU-da ekskursiyada olublar

Zəka Hazırlıq Mərkəzində təhsil alan XI sinif şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.

Gələcəyin tələbələrini universitet həyatı ilə yaxından tanış etmək məqsədi daşıyan ekskursiya zamanı BMU-da ümumilikdə təhsil mühiti, tədris olunan ixtisaslar, o cümlədən tələbələrin asudə vaxtlarının təşkili üçün mövcud olan infrastuktur barədə zəruri informasiyalar təqdim edilib. Abituriyentlər, həmçinin BMU və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı haqqında məlumatlandırılıb.

İnfosessiyadan sonra şagirdlər universitetin kitabxanası, İKT mərkəzi, Texnopark, Kimya, Biologiya, Fizika, Mexanika və digər tədris laboratoriyalarında olublar.  Laboratoriyalarda onlara elmi təcrübələri yaxından izləməyə şərait yaradılıb.

Hazırlıq mərkəzinin müəllimləri və abituriyentlər ekskursiyanın təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər