155 nəfər BMU - İNHA İDP tələbəsi Koreyada “Yay məktəbi”ndə iştirak edir

14 Avqust 2022
155 nəfər BMU - İNHA İDP tələbəsi Koreyada “Yay məktəbi”ndə iştirak edir

Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (IDP) çərçivəsində “Yay məktəbi”ndə iştirak edəcək tələbələrin mərhələli şəkildə yola salınması işləri tamamlanıb. Belə ki, nəzarətçi rəhbərlər – BMU-nun Mühəndislik fakultəsinin dekanı Hüseyn Mirzəyev, Xarici dillər kafedrasının müdiri Ətrabə Gül və BMU Texnoparkın baş mütəxəssisi Arif Nəcimovun rəhbərliyi ilə 155 nəfər İDP tələbəsi artıq adıçəkilən ölkədədir.

Məlumat üçün bildirək ki, İNHA-nın “Yay məktəbi”nin dərsləri 1 həftə müddətində onlayn şəkildə davam etdirilib. 9-12 avqust tarixlərində isə tələbələrin “Yay məktəbi”ndə iştirakı məqsədilə qruplar şəklində Koreyaya yola salınmasına həyata keçirilib.

“Yay məktəbi” avqustun 19-da tamamlanacaq.

 BMU və İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının əsas komponentlərindən biri proqram tələbələrinin İNHA-da təşkil edilən “Yay məktəbi”ndə iştirakının təmin olunmasıdır.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər