Bakı Mühəndislk Universitetinin (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında əməkdaşlıq çərçivəsində gerçəkləşdirilən “Global Green Challenger (GGC)” proqramına müraciət qəbul edilir.
Proqram çərçivəsində 2025-ci ilin iyul-avqust aylarında Bakıda koreyalı tələbələrlə birgə layihənin təqdimatı olacaq.
Proqramı uğurla başa vuran tələbələr sertifikatla təmin ediləcəklər. Layihənin ən yaxşı komandasında yer alan tələbələr üçün 2026-cı ilin əvvəlində Cənubi Koreyaya səfər etmək imkanı (səyahət və yaşayış xərcləri qarşılanır) yaradılacaq. Proqrama bütün ixtisaslardan olan tələbələr qatıla bilərlər.
Əsas tələblər:
1. BMU-nun 2-ci və ya 3-cü kurs bakalavr tələbəsi olmalı;
2. İngilis dili biliyi;
3. Tərcümeyi-hal (CV);
4. Motivasiya məktubu;
Müraciət üçün son tarix 24 noyabr 2024-cü il.
Sənədlərin qeyd olunan elektron ünvana göndərilməsi xahiş edilir - iro@beu.edu.az