BMU-İNHA ikili diplom proqramı Koreya dili müəllimi üzrə işə qəbul həyata keçirir

26 Dekabr 2023
BMU-İNHA ikili diplom proqramı Koreya dili müəllimi üzrə işə qəbul həyata keçirir

Bakı Mühəndislik Universiteti (BMU) və Koreyanın (Cənubi) İNHA Universitetinin birgə həyata keçirdiyi ikili diplom proqramı Koreya dili müəllimi üzrə işə qəbul elan edir:

 Tələblər:

- İş təcrübəsi-minimum 1 semestr peşəkar Koreya dilinin tədrisi;

- Yüksək çalışmaq və öyrətmək həvəsi;

- Ənənəvi və lazım olarsa online dərsləri tədris etmək;

- Punktuallıq, məsuliyyət və işini sevmək;

- Yaxşı ünsiyyət, əlaqə və komanda ilə işləmək bacarığı.

Maraqlanan namizədlər şəkilli CV-ni mövzu hissəsində mütləq şəkildə Koreya dili müəllimi göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Müraciət üçün son tarix: 14.01.2024-cü il saat 23:59

Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.

Digər elanlar