BMU-İNHA İDP tələbələri üçün inşa müsabiqəsi

16 Noyabr 2023
BMU-İNHA İDP tələbələri üçün inşa müsabiqəsi

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının (Cənubi) İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (İDP) tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “The society of tomorrow” adlı inşa müsabiqəsinə start verilir.

Universitetin Xarici dillər kafedrasının təşkilatçılığı ilə ingilis dilində keçiriləcək müsabiqənin məqsədi tələbələrin öz fikirlərini yazılı şəkildə çatdırmaq bacarığı və yazı qabiliyyətinin inkişaf etdirilməsidir.

İnşalar [email protected] ünvanına göndərilməlidir.

Yazıların təqdim olunması üçün son tarix 5 dekabr 2023-cü ildir.

Digər elanlar