BMU-İNHA İDP çərçivəsində 2023/2024-cü tədris ilinin yaz semestri üzrə professor-müəllim heyətinin işə qəbulu

30 Dekabr 2023
BMU-İNHA İDP çərçivəsində 2023/2024-cü tədris ilinin yaz semestri üzrə professor-müəllim heyətinin işə qəbulu

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində icra olunan ikili diplom proqramı  (BMU-İNHA İDP) çərçivəsində 2023/2024-cü tədris ilinin yaz semestri üzrə müxtəlif fənlərin ingilis dilində tədrisini aparmaq məqsədilə saathesabı qaydada professor-müəllim heyəti işə dəvət olunur.

Elektrik və elektronika mühəndisliyi, eyni zamanda informasiya texnologiyaları ixtisasları üzrə fənlərin siyahısı aşağıdakı kimidir (keçidə daxil olaraq sillabus nümunələri ilə tanış ola bilərsiniz):

·        Electrical & Electronics Measurements (Elektrik və elektron ölçmələri)

·        Embedded System Capstone Design (İçdən qurma sistemlərin yekun layihələndirilməsi)

·        Technical & Company Incubation (Texniki və şirkət inkubasiyası)

·        Autonomous Driving Engineering (Avtonom sürücülük (idarəetmə) mühəndisliyi)

·        Control System Capstone Design (İdarəetmə sistemləri üzrə yekun layihə)

·        Communication Systems (Kommunikasiya sistemləri)

·        Introductory Microwave Engineering (Mikrodalğa mühəndisliyinə giriş)

·        Operating System (Əməliyyat sistemi)

·        Computer Networks (Kompüter şəbəkələri)

·        Semiconductor device - II (Yarımkeçirici qurğular - II)

·        Data Communication (Verilənlərin ötürülməsi)

·        Operating System (Əməliyyat sistemi - İKT)

·        Analog Integrated Circuit (İnteqrasiya edilmiş analoq dövrələr)

·        Digital Integrated Circuit (İnteqrasiya edilmiş rəqəmsal dövrələr)

 

Namizədlərə tələblər:

-       İngilis dilində tədris etmə bacarığı;

-       Əlaqədar sahədə magistr dərəcəsi üzrə xaricdə təhsil almış namizədlər;

-       Ph.D dərəcəsi olan arzuolunandır;

-       İnnovativ tədris metodikalarından istifadə edə bilən;

-       Müasir pedaqoji yanaşmalardan xəbərdar olan;

-       Dinamik, pozitiv və ünsiyyətcil.

 

Maraqlanan namizədlərdən ingilis dilində CV və fənn üzrə 3-5 dəqiqə həcmində demo-videonu mövzu hissəsində mütləq şəkildə “İDP müəllimi üzrə vakansiya” göstərilməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.


Son müraciət tarixi: 18 yanvar 2024-cü il

Ətraflı məlumat:

Tədrisin aparıldığı ATM: Bakı Mühəndislik Universiteti

Ünvan: Həsən Əliyev küç. 120 | AZ 0102 | Xırdalan şəh., Azərbaycan

Telefon: +994512155734  |  +994123499966/67 (dax. 2412)

Email: [email protected]  

Digər elanlar