BMU tələbələri Vətən müharibəsi şəhidlərinin xatirəsini anıblar

27 Sep 2024
BMU tələbələri Vətən müharibəsi şəhidlərinin xatirəsini anıblar

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri 27 Sentyabr- Anım Günü ilə əlaqədar II Fəxri xiyabanı ziyarət ediblər.

Torpaqlarımızın Ermənistan işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin bərpası uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edən TGT üzvləri onların məzarları üzərinə tər çiçəklər düzüblər.

BMU gəncləri, həmçinin şəhidlərimizin adını əbədiləşdirmək məqsədi ilə Xırdalan şəhərində inşa  edilmiş “Zəfər” Xatirə Kompleksində olub, şəhidlik mərtəbəsinə ucalmış Vətən övladlarını göstərdikləri  cəsurluğa görə minnətdarlıqla anıblar.

27 Sentyabr - Anım Günü Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşərək, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi kimi təsis edilib.

Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq!

 İctimaiyyətlə əlaqələr şöbəsi  

More news