Xanım tələbələr üçün “Women Scholarship” Proqramı

16 Oct 2024
Xanım tələbələr üçün “Women Scholarship” Proqramı

“Coca - Cola Azərbaycan” şirkəti “Women Scholarship” Proqramı elan edir.  Layihənin məqsədi istehsalatda qadın mühəndislərin sayının artırılmasına, xüsusi texniki sahələrdə qadınların işlə təmin olunmasına və karyera inkişafına dəstək olmaqdır. Layihəyə yalnız xanım tələbələr müraciət edə bilər. Seçilmiş namizədlər 3 ay ərzində təqaüdlə təmin olunacaq  və təcrübə proqramında iştirak edəcək. Müraciət linki 23 oktyabradək aktiv olacaq. Sonra seçim mərhələsinə start veriləcək.

Müraciət linki: https://careerscci.com/job/Baku-Intern/1130262501/#

“Women Scholarship for Engineers layihəsi”

 

-       Mühəndislik sahəsində bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələri;

-       Yüksək ingilis dili səviyyəsi;

-       Analitik düşünmə tərzi;

-       Komandada çalışma bacarığı. 

 

Addımlar:

 

-       Online müraciət; 

-       Online ingilis dili testi;

-       Məntiq testi;

-       Panel müsahibə.

 

Seçilmiş namizədlərə böyük fürsət təklif olunacaq: 

 

3 ay ərzində təqaüd və təchizat zəncirində istehsalat təcrübəsi!

 

Son müraciət tarixi: 23.10.2024

 

Layihəyə müraciət edə biləcək ixtisaslar:

 

İxtisas adı

Tədris dili

Sənaye mühəndisliyi 

EN

Sənaye mühəndisliyi

AZ

Energetika mühəndisliyi

AZ

Elektrik və elektronika mühəndisliyi

EN

Elektroenergetika mühəndisliyi

AZ

Elektrik və elektronika mühəndisliyi

AZ

Elektrik və elektronika mühəndisliyi (İDP-B)

EN

Elektrik və elektronika mühəndisliyi (İDP-A)

EN

Mexanika mühəndisliyi

AZ

Mexanika mühəndisliyi

EN

Maşın mühəndisliyi

AZ

 

 

More announcements