Training on "Documentation in pedagogical internship" to be held at BEU

09 Apr 2021
Training on "Documentation in pedagogical internship" to be held at BEU

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin və Pedaqoji Fakültənin ortaq təşkilatçılığı ilə növbəti təlim keçiriləcək.

"Pedaqoji təcrübədə sənədləşmə işi" mövzusunda baş tutacaq təlim Pedaqoji fakültənin tələbələri üçün nəzərdə tutulub.

10 aprel 2021-ci il tarixində saat 14:00-da başlayacaq onlayn təlim  BMU-nun Pedaqogika kafedrasının baş müəllimi, İlhamə Sultanova tərəfindən aparılacaq.

Qeyd edək ki, Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi semestr ərzində universitetin əməkdaşları, müəllimləri və tələbələri üçün müxtəlif mövzularda silsilə təlimlər təşkil edir.

İctimaiyyətlə əlaqələr şöbəsi

More announcements