SOCAR-da ödənişli istehsalat təcrübə proqramı

16 Sep 2021
SOCAR-da ödənişli istehsalat təcrübə proqramı

SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək ixtisas biliklərinə sahib gənclərə neft və qaz sənayesində istehsalat təcrübəsi keçmək imkanı yaradır.

Gənclərin ödənişli istehsalat təcrübəsi SOCAR-ın tərkibində olan müəssisə və təşkilatlarda tələb olunan ixtisaslara uyğun olaraq 2 ay təcrübə müddəti olmaqla təşkil ediləcək. SOCAR-ın strukturuna daxil olan qurumlarda ödənişli istehsalat təcrübəsi keçən gənclərə 250 AZN (vergilər daxil olmaqla) məbləğində ödəniş planlaşdırılıb. Təcrübə müddətinin sonunda bütün təcrübəçilərə fəaliyyətləri barədə istehsalat xasiyyətnaməsinin təqdim olunması, fəaliyyəti barədə müsbət rəy almış və SOCAR-da işləmək arzusu olan gənclərin müsahibə yolu ilə Kadr Ehtiyatı Bazasına (KEB) daxil edilməsi və kadr tələbatına uyğun olaraq müvafiq vakant yerlər yaranarsa KEB-də olan namizədlərin işlə təmin olunma məsələsinə baxılması nəzərdə tutulub.

Ödənişli istehsalat təcrübəsi proqramında iddiaçı olmaq üçün gənclər aşağıda qeyd olunan tələblərə cavab verməlidir:

·       Azərbaycan Respublikasının vətəndaşı olmalı;

·       Tələb olunan ixtisaslar üzrə təhsil pilləsini son 3 tədris ilində bitirməli;

·       Tələb olunan ixtisaslar üzrə bakalavr pilləsində təhsilini bitirmiş məzunlar, həmçinin magistratura pilləsində təhsilini davam edən tələbələr.

Təcrübəyə seçim müsabiqə əsasında və 2 mərhələdən ibarət olmaqla həyata keçirilir: I mərhələ - Müsabiqəyə müraciət edənlərin ixtisas, məntiqi təfəkkür, kompüter bilikləri, SOCAR və Azərbaycan haqqında biliklərinin yoxlanılması məqsədilə test imtahanıII mərhələ isə ixtisas qrupları üzrə müvafiq keçid balını toplayanlar üçün müsahibələr.

Gənclərin istehsalat təcrübəsi proqramında iştirak etmək üçün iddiaçılar fərdi qaydada aşağıdakı keçidlər üzrə elektron müraciət etməlidirlər.

“İxtisas qrupları (Sumqayıt şəhəri)” üzrə müraciət edənlər təcrübə prosesini Sumqayıt şəhərində keçəcəklər.

“SOCAR-da ödənişli istehsalat təcrübə proqramı” ilə əlaqədar əlavə suallar yarandığı halda hr@socar.az ünvanına göndərmək və ya 0125213405 nömrəli qaynar xəttlə əlaqə saxlamaq mümkündür.

 

“Azərikimya” İB-nin elanda yerləşdirilən sifarişi aşağıdakı ixtisaslar kimidir:

 

İdentifikasiya
nömrəsi

İxtisas sahəsinin adı

Müraciət üçün
son tarix

Müraciət üçün

Müraciət ardıcıllığı

17413

İnşaat/Təmir-tikinti (Sumqayıt)

21.09.2021

Müraciət et

www.socar.azkaryeraişə qəbul

ödənişli təcrübəmüraciət ettəsdiq

17412

NÖC və Avtomatika (Sumqayıt)

21.09.2021

Müraciət et

17411

Mexanika (Sumqayıt)

21.09.2021

Müraciət et

17410

Energetika (Sumqayıt)

21.09.2021

Müraciət et

17409

Kimya Texnologiya (Sumqayıt)

21.09.2021

Müraciət et

 

Təcrübəyə cədvəldə göstərilən ixtisaslar üzrə (Bakı Ali Neft Məktəbi istisna olmaqla) Azərbaycan Respublikası və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilini bitirmiş məzunlar müraciət edə bilərlər (İxtisasların siyahısı illik kadr tələbatına uyğun olaraq formalaşdırılır və tələbatdan asılı olaraq dəyişdirilə bilər). 

More announcements