"Her Improvement" development program for teenagers

"Her Improvement" development program for teenagers

23 oktyabr 2021-ci il tarixində Bakı Mühəndislik Universitetində (BMU) FemTech platformasının təşkilatçılığı ilə “Her Improvement” adlı inkişaf proqramı təşkil olunacaq.

Proqram yeniyetmə qızlarda təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap, netvörkinq mövzularında düşüncə tərzinin aşılanması və biliklərə yiyələnməsi ilə ideyalarının reallaşması üçün təşkil olunan bir illik inkişaf proqramıdır. İlkin mərhələsi isə bir günlük proqramı əhatə edir.

İnkişaf proqramı 12-16 yaşlı qızlar üçün nəzərdə tutulub. Proqramda iştirak etmək üçün linkə daxil olaraq qeydiyyatdan keçmək tələb olunur.

Qeydiyyat üçün son tarix 18 oktyabr 2021-ci ildir. Seçilmiş şəxslər proqramın bütün mərhələlərində iştirak etmə şansı qazanacaq. İştirak ödənişsizdir.

Qeyd edək ki, proqram FemTech platforması çərçicəsində keçirilir. Platforma qadınlara yüksək texnologiya sahəsində karyera qurmağa kömək edir, liderlik, komanda işi, şəxsi inkişaf da daxil olmaqla sahibkarlıq sahəsində çalışan qadınlarla bağlı bir çox məsələni araşdırır.

İnkişaf proqramının tərəfdaşları BMU və Kontakt Home mağazalar şəbəkəsidir.

Digər elanlar