PAŞA Bank tələbələr üçün müxtəlif mövzularda onlayn master klaslara davam edir. Növbəti sessiya 23 noyabr 2021-ci il tarixində saat 11:00-da “Kreditlərin izlənilməsi və nəzarəti” mövzusunda təşkil olunacaq.
Master klasda Bakı Mühəndislik Universitetində (BMU) Risk Management, Corporate Finance, Banking fənnini keçən III, IV kurs, həmçinin magistr tələbələri iştirak edə bilər.
Təlimdə BMU tələbələri biznes monitorinqi, kreditlərin təyinata uyğun istifadəsinin yoxlanması, avtomatlaşdırılmış monitorinq barədə zəruri informasiyalar əldə edəcəklər.
Master klas 13 il müddətində bank təcrübəsində satış, monitorinq, marketinq, məhsul sahibi və nəzarət sahələri üzrə çalışmış, hazırda isə Paşa Bankda Kreditlərə nəzarət şöbəsinin ekspert vəzifəsində işləyən Ağasəf Hacıyev tərəfindən aparılacaq.
Microsoft Teams platforması üzərindən keçiriləcək təlimə qoşulmaq üçün linkə daxil olmaq lazımdır.