Islamic Development Bank and Campus France Agency announce scholarship program

04 Mar 2021
Islamic Development Bank and Campus France Agency announce scholarship program

İİB-Fransa (İslam İnkişaf Bankı və Campus France Agentliyi) təqaüdlərinin alınması üçün müraciətlər açıq elan olunur.

Fransanın Avropa və Xarici İşlər Nazirliyi İslam İnkişaf Bankı ilə birlikdə Campus France Agentliyinin idarəçiliyi ilə 42 müxtəlif ölkənin Fransada ali təhsil almaq istəyən tələbələri üçün il ərzində 200 yerlik mükəmməl akademik nəticələr əsasında təqaüd proqramı irəli sürür.

İİB-Fransa təqaüd proqramının əsas məqsədi İİB-nin üzv ölkələrinin (Azərbaycan üzvdür) akademik səviyyələri mükəmməl olan yerli tələbələrinin Fransada ali təhsillərini davam etdirmələrini təmin etməkdir. Təqaüd proqramı 2021/2022-ci tədris ilində fransız ali təhsil müəssisəsində bakalavr pilləsinin sonuncu, yəni III kursuna və ya magistraturaya qeydiyyatdan keçmiş tələbələr üçün nəzərdə tutulub.

- Bakalavr dərəcəsi üçün təklif olunan təhsil sahələri :

Həyat və tibb elmləri, Ekologiya elmləri, Təhsil, Mühəndislik, Kənd təsərrüfatı, İnformatika və informasiya texnologiyaları, Fundamental elmlər, iqtisadiyyat, maliyyə və bank, Sosial elmlər.

 - Magistratura dərəcəsi üçün təklif olunan təhsil sahələri :

Kənd təsərrüfatının davamlı inkişafı, Təhsil, Davamlı inkişafda təhsil, İqlim dəyişkənliyi, Enerji, Davamlı inkişafda olan şəhərlər, İqtisadi, sosial və ekoloji məsuliyyətli artım, Tullantıların idarə olunması, Demoqrafik artım, Ekoloji/yaşıl kimya, Biomüxtəliflik, Plastika və mikroplastikalara görə çirklənmə, Su və gigiyena, Sağlamlıq, İnkişaf üçün İKT, İnfrastrukturların innovasiya və inkişafı, İqtisadiyyat, maliyyə və islam bankı, İnkişafla bağlı sosial elmlər.

İİB-Fransa təqaüdünün üzərinə düşən öhdəliklər :

- Fransa dövlət təqaüdçüsü statusu: viza rüsumunun ödənişsiz olması, Tədqiqat və İnnovasiyalar üzrə Ali Təhsil Nazirliyinin idarəçiliyi altında olan müəssisələrdə qeydiyyat ödənişlərindən azad olunma, yaşayış yeri tapmaqda yardım, tibbi sığorta, mədəni məşğuliyyət və s.

- Ekonom klass təyyarə bileti

- 700€ aylıq təqaüd (www.isdb.org saytından təqaüd şərtlərinə baxmaq – bəzi hallarda təqaüd qazanan tərəfindən bu təqaüd ödənişinin qaytarılacağı halı olduğu üçün diqqətlə yoxlayın)

Müraciət qaydaları :

- Şəkil əlavə edilmiş CV (1 səhifə)

- Təqaüd qazanmaq üçün motivasiyanı izah edən niyyət məktubu (1 səhifə)

- Tələbənin Fransada müraciət etdiyi ixtisasların tam siyahısı

- Fransız dilində təhsil üçün beynəlxalq fransız dili sertifikatı (DELF və ya TCF B2, minimu B1) və/və ya ingilis dilində təhsil üçün ingilis dili sertifikatı (IELTS, TOEFL, B2)

Müraciət sənədləri 31 mart 2021-ci il tarixindən əvvəl clemence.phelippeau@diplomatie.gouv.fr  elektron poçtuna göndərilməlidir.

Qeyd edək ki, 2020-ci ildə bu proqramdan yararlanaraq 57 tələbə Fransaya yola düşüb.

More announcements