DİM-in 1-ci ixtisas qrupu üzrə bakalavr imtahanından uğurla keçən abituriyentlərin nəzərinə!

17 Aug 2021
DİM-in 1-ci ixtisas qrupu üzrə bakalavr imtahanından uğurla keçən abituriyentlərin nəzərinə!

Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının 2021/2022-ci tədris ilində mühəndislik üzrə bakalavr ixtisaslarına qəbula həsr olunmuş onlayn məlumat sessiyası keçiriləcək.

İkili diplom proqramının üstünlükləri aşağıdakılardır:

·        Tam təqaüdlü təhsil,

·        4 ilə 2 diplom,

·        3 il Azərbaycanda, 1 il Cənubi Koreyada təhsil,

·        Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirak.

18 avqust 2021-ci il tarixində saat 15:00-da təşkil olunacaq məlumat sessiyası BMU-İNHA İDP-nin rəsmi Feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

More announcements