BMU tələbələri üçün təcrübə proqramına start verilir

08 Apr 2024
BMU tələbələri üçün təcrübə proqramına start verilir

Bakı Mühəndislik Universiteti (BMU) ilə “Center of Agile Communication” şirkətinin növbəti birgə layihəsi olan təcrübə proqramına start verilir.

“Generative AI & Big Data Startup Acceleration Center”də (BEU Texnopark) real layihələrdə məhsul sahibi kimi təcrübə toplamaq istəyən BMU-nun IV kurs bakalavr və magistr tələbələri müvafiq link (https://bit.ly/potecrube)  vasitəsilə müraciət edə bilərlər.

Təhsil və tibb sektoru kimi iki istiqamət üzrə layihələri əhatə edən proqram müddətində tətbiqi hissələr ilə yanaşı, nəzəri biliklər tədris ediləcək.

·        Təcrübəçi sayı: 12 nəfər

·        “Bootcamp” 15 həftə davam edəcək.

·        Qeydiyyat üçün son tarix: 20 aprel 2024, saat 18.00

·        Seçim mərhələsinin nəticəsi 23 aprel 2024 tarixində elan ediləcək.

 

More announcements