BMU tələbələri üçün İtaliyada bir semestrlik təhsil imkanı

26 Apr 2024
BMU tələbələri üçün İtaliyada bir semestrlik təhsil imkanı

Bakı Mühəndislik Universitetinin (BMU) “Erasmus+ KA1” mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın Turin Politexnik Universiteti 2024/2025-ci tədris ilinin payız semestri üçün yeni çağırış elan edir.

Tələbələr sözügedən universitetdə bir semestrlik təhsil almaq imkanı əldə edə bilərlər. Müsabiqədə bakalavr tələbələri iştirak edə bilər.

İlk seçim mərhələsində “Erasmus+ KA1” mübadilə proqramında iştirak etmək istəyənlər tələb olunan sənədləri aşağıda təqdim olunan link vasitəsilə göndərməlidirlər:

1. Transkript (ümumi ortalama 85+);

2. Beynəlxalq dil sertifikatı (ingilis dilində tədris alanlara şamil edilmir);

3. Motivasiya məktubu;

4. Tövsiyə məktubu;

5. Tərcümeyi-hal (CV);

6. AKTS - Avropa kredit transferi və yığım sistemi Tanınma vərəqi.

Tələb olunan sənədləri 02.05.2024-cü il tarixinə kimi təqdim olunan qeydiyyat (https://forms.gle/BFvfL2UpMQRGHkWW9) linkinə daxil olaraq yükləməyiniz xahiş olunur.

Qeyd: Müraciət etməzdən əvvəl mütləq dərslərin uyğunluğuna baxmağınız xahiş olunur. Sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.

İngilis dilində tədris olunan proqramlar aşağıdakı linkdə qeyd olunmuşdur: https://www.polito.it/sites/default/files/2024- 03/PoliTO%20Fact%20sheet%2024-25.pdf

Əlavə sual yaranarsa, Beynəlxalq əməkdaşlıq və layihələrin idarəolunması şöbəsinə (İBF binası 423-cü otaq, email: [email protected] ) müraciət edə bilərsiniz.

More announcements