BMU fakültə və kafedralar üzrə boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

24 Dec 2024
BMU fakültə və kafedralar üzrə boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

Bakı Mühəndislik Universiteti 

aşağıdakı fakültə və kafedralar üzrə boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün

MÜSABİQƏ ELAN EDİR

Kafedra müdiri vəzifəsini tutmaq üçün:

Kafedralar Vəzifələr Yerlər
Mexanika mühəndisliyi kafedrası Kafedra müdiri 1
Dövlət və bələdiyyə idarəetməsi kafedrası Kafedra müdiri 1

 

Professor-müəllim vəzifələrini tutmaq üçün:

Kafedralar Vəzifələr Yerlər
Riyaziyyat və kompüter elmləri kafedrası Professor 1 (0,5)
Riyaziyyat və kompüter elmləri kafedrası Professor 1 (0,5)
Logistika və nəqliyyat texnologiyaları kafedrası Dosent 1 (0,5)
Logistika və nəqliyyat texnologiyaları kafedrası Dosent 1 (1,0)
Mexanika mühəndisliyi kafedrası Dosent 1 (0,5)
İqtisad kafedrası Dosent 1 (0,5)
Avtomatika, telekommunikasiya və energetika kafedrası Dosent 1 (1,0)
İnşaat  mühəndisliyi kafedrası Dosent 1 (1,0)
Riyaziyyat və kompüter elmləri kafedrası Dosent 2 (1,0)
Kimya-biologiya kafedrası Dosent 1 (0,5)
Fizika kafedrası Dosent 1 (1,0)
Ümumi fənlər kafedrası Dosent 1 (1,0)
Ümumi fənlər kafedrası Dosent 1 (0,5)
Azərbaycan dili və pedaqogika kafedrası Dosent 2 (1,0)
Kimya mühəndisliyi kafedrası Baş müəllim 1 (1,0)
Maliyyə və mühasibat kafedrası Baş müəllim 2 (1,0)
Kimya-biologiya kafedrası Baş müəllim 2 (1,0)
Ümumi fənlər kafedrası Baş müəllim 1 (1,0)
Dizayn kafedrası Baş müəllim 2 (1,0)
Xarici dillər kafedrası Baş müəllim 7 (1,0)
Xarici dillər kafedrası Müəllim 4 (1,0)
Dizayn kafedrası Müəllim 1 (1,0)

 

 

Qeyd: Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na və  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq seçkinin elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı:

1.      Kadrlar uçotunun şəxsi vərəqəsi;

2.      Tərcümeyi-hal;

3.      Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

4.      Elmi və elmi-metodiki işlərin siyahısı;

5.      Kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

Qeyd: Müsabiqə elan olunan müəssisədə çalısan namizədlər isə qeyd olunan siyahıdakı 3,4,5-ci bəndlərdəki sənədləri təqdim edir.

Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:                              

Ünvan:   Xirdalan  şəhəri, H.Əliyev küçəsi №120, AZ0101, Abşeron, Azərbaycan

Əlavə məlumat üçün:

Tel: +994(012) 349-99-66/67+Daxili nömrə: (1113, 1115, 1117, 1155, 1504)

Fax: (+99412) 349-99-90/91

e-mail: info@beu.edu.az    web sayt: www/beu.edu.az

REKTORLUQ

 

More announcements