BMU-da “Digital Art Center” adlı təlim kursları

28 Apr 2023
BMU-da “Digital Art Center” adlı təlim kursları

Bakı Mühəndislik Universiteti (BMU) ilə Memarliq İnşaat və Dizayn İctimai Birliyi arasında mövcud olan əməkdaşlıq əsasında fəaliyyətə başlayan "Digital Art Center" adlı təlim kursları davam edir.

“Digital Art Center” rəqəmsal incəsənət sahəsində beş mərhələdə (A-B-C-D-E) təlim proqramları təklif edən memarlar, rəssamlar və dizaynerlərdən ibarət peşəkar komandadır.

BMU-da təşkil olunan təlimin mövzuları xüsusi təhsil növlərinə aiddir və öyrənənlərə bacarıqları tez və asanlıqla mənimsəməyə kömək edir. Ən yaxşı tələbələrin gələcək təcrübə və karyera imkanları da var.

Təlimlər üçün vəsait tam, hissə-hissə, kreditlə ödənilə bilər. Sosial cəhətdən həssas əhali və rəssamlıq bacarıqlara malik olanlar üçün endirimlər və xüsusi təkliflər nəzərdə tutulur. Təlimlər Azərbaycan, ingilis və rus dillərində keçirilir.

·        Qrafik Dizayn / 50+ saat: # Photoshop, Corel DRAW, InDesign, Dizayn Tarixi, İncəsənət nəzəriyyəsi, Rəsm və Rəngkarlıq, Çap sənəti;

·        Sənaye Dizaynı / 72+ saat: # Photoshop, Solid Works, 3ds Max, Key Shot, AutoCAD, İncəsənət Tarixi, İncəsənət Nəzəriyyəsi, Təcrübə, Sənaye Dizaynı, Rəsm və rəngkarlıq, Sosial sahibkarlıq və biznes mentorluq:

·        İnteryer Dizayn / 70+ saat: # Photoshop, Autodesk 3ds Max, Corona Renderer, Autodesk AutoCAD, ACızımlər, İncəsənət tarixi və Nəzəriyyəsi, Rəsm və Rəngkarlıq;

·        Memarlıq / 70+ saat: # Photoshop, Revit, 3ds Max, Corona Renderer, AutoCAD, Cızımlər, İncəsənət tarixi və Nəzəriyyəsi, Rəsm və Rəngkarlıq, Eksteryer;

·        Animasiya / 100+ saat: # Maya, Substance Painter, Zbrush, Character Creator, Marvellous Designer, Speed Tree, World Creator, Photoshop, Marmoset Toolbag, İncəsənət tarixi və Nəzəriyyəsi, Rəsm və Rəngkarlıq, Təcrübə;

·        Oyun Dizaynı / 140+ saat: # Maya, Substance Painter, Unreal Engine, Zbrush, Character Creator, Marvellous Designer, Speed Tree, World Creator, Photoshop, Marmoset Toolbag, İncəsənət tarixi və Nəzəriyyəsi, Rəsm və Rəngkarlıq;

·        Xüsusi Effektlər (VFX) / 250+ saat: # Maya, Substance Painter, Houdini, Zbrush, Marvellous Designer, Speed Tree, Photoshop, İncəsənət tarixi və Nəzəriyyəsi, Rəsm və Rəngkarlıq.

Qeyd: Seçilən kursdan asılı olaraq, təlimlər 1 aydan 8 aya qdərə davam edir. Təlimlər fərdi və ya qrup şəkində ( 5 nəfərə qədər) həm onlayn, həm də üz-üzə formatda keçirilir.

Təlimlərə yalnız BMU tələbələri (BMU tələbələri üçün müvafiq güzəşt və şərtlər mövcuddur) deyil, digər ali təhsil müəssisələrinin tələbələri də qoşula bilərlər.

Təlimin sonunda tələbələrə BMU və MİDİB rəhbərliyi tərəfindən imzalanmış sertifikat verilir.

Maraqlanan şəxslər qeyd olunmuş əlaqə vasitələrinin  (admin@digitalartcenters.commob./votsap: +994 51 526 98 46; URL: www.digitalartcenters.comhər hansı birindən istifadə edərək və ya BMU-nun yeni korpusunun 403-cü otağında qeydiyyatdan keçə bilərlər.

 

More announcements