Bakı Mühəndislik Universitetinin magistratura pilləsinə daxil olmuş bakalavrların nəzərinə!

30 Jun 2020
Bakı Mühəndislik Universitetinin magistratura pilləsinə daxil olmuş bakalavrların nəzərinə!

Bakı Mühəndislik Universitetinə 2020-2021-ci tədris ilində magistraturaya qəbul olanların qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin onlayn qəbulu üçün sənədlərin skan edilmiş surətləri aşağıdakı qeydiyyat formasına yüklənməli və ya qeyd olunan ünvana göndərilməlidir:

·        Qeydiyyat forması

·        Məsul şəxs- Abdurəhmanova Ülkər Sərdər qızı

·        E-mail: uabdurahmanova@beu.edu.az

Sənədlərə təhsil haqqını ödədiyinə dair qəbzin skan surəti də əlavə olunmalıdır.

"Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsinin hüquqi ünvanı və bank rekvizitləri

 

Bakı Mühəndislik Universitetinə  magistraturaya qəbul olanların qeydiyyatının aparılması üçün tələb olunan sənədlər

· Hərbi qeydiyyat  vəsiqəsi (ağ bilet)  və ya hərbi biletin surəti

(oğlanlar  üçün)

· İllik təhsil haqqını ödədiyinə dair qəbz

· Cari ilin məzunları üçün məzun olduqlarına dair arayış, əvvəlki illərin məzunları üçün diplom və əlavəsi (notarial təsdiq)

· 6 ədəd 3/4 şəkil

· Şəxsiyyət vəsiqəsinin əsli və 3 nüsxəsi

· DİM-in vermiş olduğu iş nömrəsi və istifadəçi adı

(Qeydiyyat müddəti 06.07.2020-15.07.2020)

 

1.  Məcburi köçkün statusu olan magistrantlar qeydiyyat üçün siyahıdakı sənədlərdən əlavə bu sənədləri təqdim etməlidir:

1. Şəxsiyyət vəsiqəsinin əsli və surəti

2. Özünün məcburi köçkün vəsiqəsinin əsli və surəti (1 ədəd 2020-ci il qeydiyyat möhürü ilə notarial şəkildə təsdiq olunmuş)

3. Doğum haqqında şəhadətnamə və surəti

 

2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən şəxslərin təhsil alan övladları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər. Tələb olunan sənədlər:

· Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş)

· Tələbənin doğum haqqında şəhadətnaməsi

· Tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş)

 

3. Şəhid ailəsi statusunu almış ailənin üzvləri təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər. Tələb olunan sənədlər:

· Valideyninin şəhid olmasını təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş)

· Tələbənin doğum haqqında şəhadətnaməsi

· Tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş)

 

4.     “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş (hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər; hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar; bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər) magistrantlar qeydiyyat üçün siyahıdakı sənədlərdən əlavə bu sənədləri təqdim etməlidir:

· Valideynlərinin himayəsindən məhrum olmasını təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş)

· Tələbənin doğum haqqında şəhadətnaməsi

·Tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş)

 

More announcements