Bakı Mühəndislik Universitetinin (BMU) magistratura səviyyəsinə qəbul olunan bakalavrlar 9 – 22 iyul tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər. Bakalavrlar tələb olunan sənədləri sistemə yüklədikdən sonra aşağıda göstərilən sənədləri BMU-ya gətirməklə müqavilə bağlayaraq universitetin elektron sisteminə giriş üçün şəxsi kabinet məlumatlarını əldə etməlidirlər:
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisaslaşmaya yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbulu haqqında əmr Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəbə göndərilməyəcək.
1. Diplomun notarial qaydada təsdiq edilmiş surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər) – 1 nüsxə;
2. Cari ilin məzunları tərəfindən universiteti bitirdikləri haqqında arayış – 1 nüsxə;
3. Şəxsiyyət vəsiqəsinin surəti -1 nüsxə;
4. 3x4 ölçüdə rəngli fotoşəkil - 4 ədəd;
5. Hərbi biletin və hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin (ağ bilet) surəti (bütün səhifələrin surətini çıxarmaqla) – 1 nüsxə;
6. Ödəniş qəbzinin (ödənişli əsaslarla təhsil alanlar üçün) surəti – 1 nüsxə;
7. Müqavilə BMU-nun “ Magistratura və doktorantura” şöbəsində rəsmiləşdirilir.
İmtiyazlı (təhsil haqları dövlət vəsaiti hesabına ödəniləcək) bakalavrlar tərəfindən əlavə olaraq tələb olunan sənədlər:
1. “Məcburi köçkün” statusu olan tələbələr.
a. Bakalavrın məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (2024-cü ilin möhürü ilə);
2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları.
a. Valideynin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, əlil olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti və əlilliyi olan valideynin şəxsiyyət vəsiqəsinin surəti;
b. Bakalavrın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.
3. “Şəhid ailəsi” statusunu almış ailənin üzvləri.
a. Ailə üzvünün şəhid olmasını təsdiq edən sənədin (ölüm haqqında şəhadətnamə) notarial qaydada təsdiq edilmiş surəti;
b. Bakalavrın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
c. Bakalavrın şəhid ailəsi üzvü olduğunu təsdiq edən vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti.
Qeyd: "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" AR qanununun 1-ci maddəsinə əsasən şəhid ailəsinin üzvləri hesab edilən şəxslər bunlardır:
Peşə təhsili, orta ixtisas təhsili,ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar (Ər-arvad, valideyn, övladları, qardaşlar və bacılar) isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək (ən çoxu 23 yaşına çatanadək);
1. Hər iki valideyni vəfat etmiş; bir valideyni vəfat etmiş və digər valideyni orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş; valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan 23 yaşadək şəxslər (övladlığa götürüldükdə belə)
i. Valideynlərinin vəfat etdiyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
ii. Valideynlərdən birinin vəfat etdiyini təsdiq edən sənədin, digər valideynin isə I yaxud II dərəcə əlil olduğunu təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti;
iii. Valideynin şəxsiyyət vəsiqəsinin surəti;
iv. Bakalavrın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.
2. Orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər.
i. Bakalavrın əlilliyini təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti.
3. Müharibə veteranları:
i. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə verilmiş “Müharibə veteranı” vəsiqəsinin notarial qaydada təsdiq olunmuş sürəti;
ii. Şəxsiyyət vəsiqəsinin surəti.
Daha ətraflı məlumat üçün:
BMU “Magistratura və doktorantura” şöbəsi
E-poçt: magistratura@beu.edu.az
Tel: +994 (12) 349 99 66/67 (1109)
Onu da bildiririk ki, ödənişli əsaslarla qəbul olunan namizədlər aşağıdakı ardıcıllıqla istənilən Kapital Bank filialının ödəmə terminalından ödəniş edə bilər.
Ödəmə ardıcıllığı:
1.Kapital Bank – bank xidmətini seçin
2.Cari hesabın artırılması
3.Hüquqi şəxslər
4.FİN kod və universitet vöeni daxil edin (3102154051)
5.Abşeron rayon filialı
6.Hesab nömrəsi – 38060019440157959123 (ilk hesab) AZN
7.Digər əsas
8.Təyinat: Soyad, ad, ata adı
9.Nağd ödəniş
“Magistratura və doktorantura” şöbəsi