Tələbələr üçün sosial media idarəçiliyi ilə bağlı təlim

28 noyabr 2025
Tələbələr üçün sosial media idarəçiliyi ilə bağlı təlim

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən Logistika Klubu tərəfindən “SMM və Brendinq” mövzusunda informativ və interaktiv təlim təşkil olunub.

 

Tələbələrin sosial media idarəçiliyi, rəqəmsal brend formalaşdırılması və kommunikasiya strategiyalarının qurulması sahəsində bilik və bacarıqlarını artırmaq məqsədi daşıyan təlimdə çıxış edən THİK sədri Əli Hüseynov belə tədbirlərin gənclərin inkişafındakı roluna diqqət çəkib.

 

Sonra marketoloq Aynaz Aləkbərli sosial mediada effektiv kontent, brend görünüşü, düzgün kommunikasiya və Azərbaycan bazarındakı aktual trendlər haqqında real nümunələrlə məlumatlar təqdim edib.

 

Təlimin digər məruzəçisi mobiloqraf Aylin İbrahimli isə uğurlu vizual hekayəçilik, mobil kinematoqrafiya, storytelling quruluşu, kadr ardıcıllığının məntiqi və emosional təsir yaradan vizualların hazırlanması mövzularında danışıb.

 

Diskussiya şəraitində keçən təlimin sonunda fəal tələbələrə sertifikatlar və hədiyyələr təqdim olunub.