BMU-da “Qərbi Azərbaycana aparan yollar” kitabı təqdim olunub

14 Noyabr 2025
BMU-da “Qərbi Azərbaycana aparan yollar” kitabı təqdim olunub

Bakı Mühəndislik Universitetində (BMU) Ümumi fənlər kafedrasının professoru, tarix elmləri doktoru Şikar Qasımovun “Qərbi Azərbaycana aparan yollar” adlı kitabının təqdimatı olub.  

Tədbirdə açılış nitqi ilə çıxış edən kafedranın müdiri Hümeyrə Mustafayeva bu gün ölkəmizdə Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı ilə bağlı aparılan siyasətin əhəmiyyətini vurğulayaraq kitabın bu mövzuda elmi və ictimai baxımdan dəyərli bir mənbə olduğunu bildirib.

Sonra kitabın müəllifi, professor Şikar Qasımov əsərin yazılma məqsədi, tədqiqatın istiqamətləri və Qərbi azərbaycanlıların deportasiya tarixinə dair faktlar haqqında ətraflı məlumat verib.

Təqdimatda BMU-nun Mühəndislik fakültəsinin dekanı Asif Quliyev, Memarlıq və inşaat fakültəsinin dekan müavini Namiq Abbasov, Ümumi fənlər kafedrasının professoru Abbas Seyidov, baş müəllim Elnur Nəciyev və digər iştirakçılar çıxış edərək kitabın elmi əhəmiyyətini, Qərbi Azərbaycanın tarixi gerçəklikləri üzərinə işıq salması cəhətindən aktuallığını vurğulayıblar.  

Müzakirələr zamanı Qərbi Azərbaycan mövzusunun araşdırılması və gənc nəslə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığı bildirilib, eyni zamanda həqiqətlərin beynəlxalq elmi platformalarda daha geniş təqdim olunmasının vacibliyi qeyd edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər