Azərbaycan Beynəlxalq Bankının IV təcrübə proqramına müraciət mərhələsi davam edir.
Yeni məzunlar və magistrlər üçün nəzərdə tutulan proqram bank sahəsinə marağı olan gənclərə təcrübə qazanmaq və gələcəkdə ABB komandasına qoşulmaq imkanı yaradır.
4 ay davam edəcək proqrama müraciət etmək üçün bir sıra ilkin şərtlər tələbə olunur:
- Yerli və ya xarici universitetlərdə təhsil aldığı dövr ərzində CumGPA göstəricisi 3-dən yuxarı, digər qiymətləndirmə sistemləri üzrə isə 75 faizdən yuxarı olmalı;
- İngilis dili səviyyəsi yüksək (upper-intermediate level) olmalı;
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Ali təhsilini 2021, 2022 və 2023-cü illərdə bitirməli və ya magistratura pilləsində təhsil almalıdır.
Proqramla maraqlanan şəxslər https://abb-bank.az/tecrube/ linkindən qeydiyyatından keçməlidirlər.
Son müraciət tarixi: 20.11.2023