BMU-İNHA İDP çərçivəsində cari tədris ilinin yaz semestri üzrə professor-müəllim heyətinin işə qəbulu

03 Fevral 2023
BMU-İNHA İDP çərçivəsində cari tədris ilinin yaz semestri üzrə professor-müəllim heyətinin işə qəbulu

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində icra olunan ikili diplom proqramı  (BMU-İNHA İDP) çərçivəsində 2022/2023-cü tədris ilinin yaz semestri üzrə müxtəlif fənlərin ingilis dilində tədrisini aparmaq məqsədilə saathesabı qaydada professor-müəllim heyəti işə dəvət olunur.

Elektrik və elektronika mühəndisliyi, eyni zamanda İnformasiya texnologiyaları ixtisasları üzrə fənlərin siyahısı aşağıdakı kimidir (keçidə daxil olaraq sillabus nümunələri ilə tanış ola bilərsiniz):

·        Autonomous Driving Engineering (Avtonom idarəetmə mühəndisliyi)

·        Technical & Company Incubation (Texniki və şirkət inkubasiyası)

·        Analog Integrated Circuit (İnteqrasiya edilmiş analoq dövrələr)

·        Digital Integrated Circuit (İnteqrasiya edilmiş rəqəmsal dövrələr)

·        Computer Networks (Kompüter şəbəkələri)

·        Operating System (Əməliyyat sistemləri)

·        Data Communication (Verilənlərin ötürülməsi)

Namizədlərə tələblər:

-       Əlaqədar sahədə magistr dərəcəsi üzrə xaricdə təhsil almış namizədlər;

-       Ph.D dərəcəsi olan arzuolunandır;

-       İnnovativ tədris metodikalarından istifadə edə bilən;

-       Müasir pedaqoji yanaşmalardan xəbərdar olan;

-       Dinamik, pozitiv və ünsiyyətcil.

 

Maraqlanan namizədlərdən ingilis dilində CV və fənn üzrə 3-5 dəqiqə həcmində demo-videonu mövzu hissəsində mütləq şəkildə “İDP müəllimi üzrə vakansiya” göstərilməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 9 fevral 2023-cü il

Proqram haqqında ətraflı məlumat:

https://dp.edu.az/az/content/56

https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/

http://ddp.beu.edu.az/az

          

          Əlaqə:

          Telefon: +994 51 215 57 34

Həsən Əliyev küç. 120 | AZ 0102 | Xırdalan şəh., Azərbaycan

Email: [email protected]  |  Web: www.beu.edu.az

Facebook: https://www.facebook.com/bmu.inha.idp

Digər elanlar