Bakı Mühəndislik Universiteti Tədris Hissəsi

Təldris hissəsi universitetdə tələbə kontingenti ilə əlaqəli aşağıdakı funksiyaları  həyata keçirir.

  1. Universitetə yeni qəbul olan tələbələrin elektron sistemə qeydiyyatının aparılması və tələbələrin şəxsi işinin formalaşdırılması, TQDK-ın protokolları və məktubu əsasında  I kursa qəbul əmrin hazırlanması.
  2. Tələbələrlə müqavilə bağlanmasının təşkili.
  3. Tələbə biletinin hazırlanıb tələbələrə təqdim olunması.
  4. Tələbələrin universitetə qəbulu, xaric olunması, akademik məzuniyyət verilməsi, soyadın dəyişilməsi, təqaüd verilməsi, xariç olmuş tələbələrin yenidən bərpası, köçürülməsi və məzun olması haqqında müxtəlif əmrlərin hazırlanması.
  5. Tələbə əmirlərinin universitetin “Elektron Məlumat Sisteminə” (EMS) işlənməsi, tələbələrin şəxsi işinə tikilməsi.
  6. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi ilə işin təşkili, tələbələr barədə tələb olunan bütün məlumatların sistemə daxil edilməsi.
  7. Hər semestr təqaüd alacaq tələbələrin müəyyənləşdirilməsi.
  8. Məzunların diplomlarının Təhsil Nazirliyindən alınması, yazılıb imzaladılması, qeydiyyat kitabına salınması və məzunlara verilməsinin təşkili.
  9. Məzunlar haqqında məlumatların Təhsil Nazirliyinin “Təhsilin idarə olunmasının məlumat sisteminə”nə daxil edilməsi.
  10. Bakalavr buraxılış işi protokolların düzgün tərtib edilməsinə nəzarət etmək, vaxtında təhvil alınmasının təşkili.
  11. Tələbələr arayış və transkriptlərin verilməsi.
  12. Tələbələr barədə universitet daxilindən və universitet xaricindən tələb olunan müxtəlif statistikaların hazırlanması.
  13. Təhsil Nazirliyindən və digər təşkilatlardan universitetə daxil olan tələbə kontingenti ilə bağlı məktublara cavab hazırlanması.
 
 
 
 

©2017