BAKI  MÜHƏNDİSLİK  UNİVERSİTETİNƏ

bakalavr səviyyəsinə  qəbul  olunmuş

abituriyentlərin  nəzərinə

 

 

 Universitetə qəbul  olunmuş  hər bir abituriyent  15  – 25 avqust 2017-ci il tarixlərində  (şənbə, bazar günləri istisna olmaqla hər gün                            saat 9-dan 17-dək) aşağıda qeyd olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidir:

 

1  Tam orta təhsil haqqında sənəd (attestat) və ya diplom (əsli və surəti).

2. Şəxsiyyət  vəsiqəsi (əsli və surəti 2 nüsxə)

3. 6 ədəd rəngli  fotoşəkil (3x4)

4. Çagırış məntəqəsinə  təhkim olunma haqqında sənəd (əsli və surəti)

5. Sağlamlıq haqqında arayış  (forma 086)

6. Yaşayış  yerindən arayış

7. Tərcümeyi-hal

8.  İş nömrəsi və şifri

9. Məcburi köçkünlərin köçkünlük vəsiqəsinin notarial təsdiqli surəti və əsli

10. Azərbaycanın suverənliyi uğrunda şəhid və əlil olmuş şəxslərin övladları üçün bu barədə sənədlərin notarial təsdiqli surəti və əsli.

 

 

         Ödənişli əsaslarla qəbul olunmuş abituriyentlər  I kursun təhsil haqqını tam ödəməlidirlər.  Ödəmə   “Kapital”  Bankın  Abşeron  filialında

(Xırdalan şəhəri, Qəşəm Aslanov küçəsi, B22)   saat    9-30 dan  17-dək  qəbul  olunur.

 

 

Rektorluq

 
 
 
 

©2017