Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı işə başlayıb Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı işə başlayıb

, views - 408 times

Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb.

BMU-dan xezerxeber.az-a verilən məlumata görə, konfransın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə qazanılan elmi nəailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirəsi və onların həlli üçün təkliflərin irəli sürülməsini təmin etmək, gənclərin elmə marağını artırmaq, eyni zamanda ölkəmizi əcnəbi gənc alimlərə tanıtmaqdır.

Açılış mərasimində çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, ümummilli lider hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi vaxt ölkənin iqtisadiyyatı ilə yanaşı elm və təhsilin inkişafına öz töhvəsini verib. Belə ki, həmin dövrdə Azərbaycanda 5 ali təhsil müəssisəsi və çox sayda elmi-tədqiqat institutları açılıb. "Müstəqillik dövründə də Azərbaycan elmi və təhsili Heydər Əliyevdən və onun layiqli davamçısı, prezident İlham Əliyevdən diqqət və qayğı görür. Gənc alimlər də bu qayğıdan yararlanmaqla ölkəmizdə elmin inkişafına öz xidmətini göstərməlidir. Konfransların keçirilməsi universitetdə elmi mühitin inkişafı ilə yanaşı universitetlər arası əlaqənin inkişafını da təmin edir. ABŞ, Kanada, Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Şotlandiya və sair kimi 20 ölkədən konfransa 700 məruzə qəbul olunub” deyən rektor iştirakçılara uğurlar arzulayıb.
Daha sonra məruzələr dinlənilib.

Konfrans mühəndislik, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, tarix və hüquq elmi istiqamətləri üzrə işini davam etdirir.Konfransın ikinci günü əcnəbi iştirakçıların Bakının tarixi və görməli yerlərinə ekiskursiyası təşkil olunacaq.

 

© xezerxeber.az 

http://www.xezerxeber.az/Cəmiyyət/158997.html

 

Other news of this section
Other news of this section
 
 
 
 

©2017