Samir Quliyev (Ph.D) « Geriyə qayıt
Samir Quliyev
Bölmə: Beynəlxalq münasibətlər
Vəzifə: Baş müəllim, Kafedra müdiri, Tədris məsləhətçisi
Doğulduğu tarix: 2 March, 1979
Yaşı: 38
Ailə vəziyyəti: Evli
E-mail:
Təhsil
  • Fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezident Yanında Ali Atestasiya Komissiyası, Tarix üzrə fəlsəfə doktoru. - 2017 Fev. Diplom #FD 10257
  • Magistratura, Montesquieu Bordeaux, Politologiya. - 2007 Yan.
  • Magistratura, Ankara Universiteti, Beynəlxalq münasibətlər. - 2004 İyl. Diplom #3997
  • Bakalavriat, Selçuk Üniversitesi, Xarici dil və ədəbiyyatı (Fransız dili). - 2001 İyl. Diplom #0103110002
İş təcrübəsi
  • Beynəlxalq Münasibətlər kafedrasının müdiri, Baku Engineering University. Bakı/Azərbaycan. Fev 2017 - davam edir
  • Beynəlxalq münasibətlər kafedrasının müdiri, Qafqaz Universiteti. Bakı/Azərbaycan. İyn 2016 - Fev 2017
  • İqtisadiyyat və idarəetmə fakultəsinin Tərbiyə işləri üzrə dekan müavini, Qafqaz Universiteti . Bakı/Azərbaycan. Sen 2013 - Fev 2017
  • İqtisadiyyat və idarəetmə fakultəsinin Elmi İşləri üzrə dekan müavini, Qafqaz Universiteti. Bakı/Azərbaycan. Sen 2011 - Sen 2013
  • Diplomatiya və xarici siyasət kafedrasında - Yarım ştat Müəllim, Bakı Slavyan Universiteti. Bakı/Azərbaycan. Sen 2010 - Sen 2015
  • Hüquq fakultəsinin tədris işləri üzrə dekan müavini, Qafqaz Universiteti. Bakı/Azərbaycan. İyn 2009 - İyl 2010
  • Beynəlxalq münasibətlər bölməsində Baş müəllim, Qafqaz Universiteti. Bakı/Azərbaycan. May 2009 - Fev 2017
  • Hüquq fakultəsi, Beynəlxalq münasibətlər bölməsində Müəllim, Qafqaz Universiteti. Bakı/Azərbaycan. May 2008 - May 2009
  • Müdir, College Academie. Bordeaux/Fransa. Noy 2006 - Mar 2008
  • Müdir müavini, College Educ Active. Paris/Fransa. Okt 2004 - Okt 2006
Nəşrlər
    Nəşrlər
  • Quliyev S. Bölgeselleşme çerçevesinde Kafkasyada işbirliği imkanları ve engeller. KKK1. Türkiyə. 2017;1(1):112-140
  • Samir Quliyev , Quliyev S. Azərbaycan Respublikasının neft strategiyasının xarici siyasətinə təsiri . Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi. Azərbaycan. 2014;№ 3:10
  • Samir Quliyev , Quliyev S. Политика европейского союза на южном Кавказе . ДП Видавничий дiм Персонал, “Наукові праці МАУП”. Ukrayna. 2014;№ 2 (41):6
  • Samir Quliyev , Quliyev S. Avrupa Birliğinin enerji güvenliğinde Azerbaycanın yeri ve önemi . Sosyal Bilimler Araştırma Dergisi. Türkiyə. 2013;№ 22:17, url: [1]
  • Samir Quliyev , Quliyev S. Azerbaycan dış politikasında Azerbaycan Cumhuriyetinin Ulusal Lideri Haydar Aliyev`in rolü. Asia Minor Studies. Türkiyə. 2013;1:11, url: [2]
  • Samir Quliyev , Quliyev S. Ermenistanın devlet destekli terörizmi ve onunla mücadele yolları . Uluslar Arası Avrasya Strateji dergisi. Türkiyə. 2013;№ 2(1):21, url: [3]
  • Quliyev S. Ermenistanın devlet destekli terörizmi ve onunla mücadele yolları.. Çankırı Karatekin Üniversitesi, Avrasya Stratejik Uygulama ve Araştırma Merkezi, Uluslar Arası Avrasya Strateji dergisi. Türkiyə. 2013;1(№ 2):123-144, url: [4]
  • Samir Quliyev , Quliyev S. Kafkasya`daki jeopolitik-güvenlik ikilemi çerçevesinde Türkiye-Azerbaycan ilişkileri. Journal of Qafqaz University, Hüquq, Tarix və Politologiya. Azərbaycan. 2012;33:11, url: [5]
  • Samir Quliyev , Quliyev S. Cənubi Qafqazda Təhlükəsizlik Problemləri. Journal of Qafqaz University . Azərbaycan. 2010;30 - 2010:11, url: [6]
  • Quliyev S. Regional təhlükəsizlik kontekstində İran İslam Respublikasının Qafqaz strategiyası. Sivilizasiya jurnalı, Bakı Avrasiya Universiteti. 2017;33(6, N1,):124-132
  • Quliyev S. Amerika Birləşmiş Ştatlarının Qafqaz strategiyasında təhlükəsizlik və enerji amili. Geostrategiya. 2017;39(№ 03 ):28-31
  • Samir Quliyev , Quliyev S. Azərbaycan Bakı-Tbilisi-Ceyhan strategiyası və regional rəqabət . Tarix və onun problemləri. 2014;№1:7
  • Samir Quliyev , Quliyev S. Enerji təhlükəsizliyinin konseptual problemləri . Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, “Xəbərlər” ictimai və humanitar elmlər seriyası. 2011;3:9
  • Samir Quliyev , Quliyev S. Azerbaycan Dış Politikasında Irak. Felluce Araştırmalar Merkezi yayını. 2004;49:7, url: [7]
  • Beynəlxalq konfranslar
  • Quliyev S. Bölgeselleşme çerçevesinde Kafkasyada işbirliği imkanları ve engeller. Uluslararası Karadeniz-Kafkas Kongresi. Türkiyə. Aprel 2016:2-18, url: [8]
  • Samir Quliyev , Quliyev S. Azərbaycan Respublikasının neft strategiyası enerji təhlükəsizliyi kontekstində . Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya” İqtisadiyyat və Beynəlxalq münasibətlər IV Beynəlxalq konqresi. Azərbaycan. May 2014:6
  • Samir Quliyev , Quliyev S. Ermeni diasporası asıl neye hizmet ediyor? . Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı”. Azərbaycan. Aprel 2013:2
  • Samir Quliyev , Quliyev S. Avrupa Birliği entegrasyon sürecinde enerji güvenliği ve Azerbaycan`ın önemi . Azərbaycan Universiteti, Azərbaycan dövlətçiliyinin 94 illiyinə və Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilən beynəlxalq elmi konfransı. Azərbaycan. İyun 2012:5
  • Samir Quliyev , Quliyev S. Enerji Təhlükəsizliyinin Konseptual Problemləri. Qloballaşma Şəraitində Davamlı İnkişafın Aktual Problemləri. Azərbaycan. May 2011:5
  • Samir Quliyev , Quliyev S. Azərbaycan Neft Strategiyasının Regionun İnkişafında Rolu. Beynəlxalq iqtisadi əlaqələrin inkişafında regionların rolu və əhəmiyyəti”, Beynəlxalq elmi konfrans , Azərbaycan Resp. Təhsil Nazirliyi Naxçıvan Dövlət Universiteti,Naxçıvan, 2009 . Azərbaycan. Oktyabr 2008:6
  • Samir Quliyev , Quliyev S. Azerbaycan-ABD İlişkileri. Azerbaycanlı Genç Bilim Adamlarının 1. Sempozyumu. Azərbaycan. Noyabr 2004:15
  • Milli konfranslar
  • Quliyev S. Regionlaşma prosesinin Cənubi Qafqaz regionundakı inteqrasiya imkanlarına təsiri.. Mingəçevir Dövlət Universiteti, "Qloballaşma və regional inteqrasiya" mövzusunda Respublika elmi konfransı. Dekabr 2016:375-378.
  • Samir Quliyev , Quliyev S. Cənubi Qafqazda Təhlükəsizlik Məsələləri və Həlli yolları. Ümummilli lider Heydər Əliyevin 87 illiyinə həsr olunmuş Dövlət və Hüquq Quruculuğunun Aktual Problemləri Respublika Elmi Konfransı . May 2011:6
  • Kitablar
  • Samir Quliyev , Quliyev S. Genç akademisyenlerin perspektifinden “Birlikte Yaşama” kitabında bir hissə - "Devletlerarası sorunlara sebep olan faktörler ve çözüm önerileri" . . İSTANBUL/Türkiyə. 2012:37, url: [9]
  • Samir Quliyev , Ed. Reha Yılmaz , Quliyev S. Azerbaycan-ABD İlişkilerinde Dağlık Karabağ Sorunu. Qafqaz Universiteti Beynəlxalq Münaqişələri Araşdırma Mərkəzi Nəşrləri. Bakı/Azərbaycan. 2010:52, url: [10]
  • Samir Quliyev , Quliyev S. Bağımsızlıktan Sonra Azerbaycan-ABD İlişkileri. Bakanlar . ANKARA/Türkiyə. 2004:239
  • Digər
  • Samir Quliyev , Quliyev S. “Azerbaycan-ABD Diplomatik İlişkilerinin 20. Kuruluş Yıldönümünde Politikaları Tekrar Düşünmek”. USGAM. Azərbaycan. May 2012:1-4, url: [11]
  • Samir Quliyev , Quliyev S. “Azerbaycan -Türkiye İlişkilerinin Geliştirilmesinin Gerekliliği”. USGAM. Türkiyə. Aprel 2012:1-4, url: [12]
  • Samir Quliyev , Quliyev S. "Kafkasya`daki bolgesel Rekabetin Yeni Boyutu". USGAM. Türkiyə. Aprel 2012:1-4, url: [13]
  • Samir Quliyev , Quliyev S. “Ermeni Diasporası Asıl Neye Hizmet Ediyor?”. USGAM. Azərbaycan. Aprel 2012:1-4, url: [14]
Maraq sahələri
Kitab oxumaq, futbol oynamaq, şahmat oynamaq, kino və teatra getmək və s.
Dissertasiya işi rəhbəri
  • 2016 - Magistratura, Aygün Qəhrəmanlı, "AK Partinin hakimiyyəti illərində Türkiyə-ABŞ münasibətləri", Qafqaz Universiteti
  • 2016 - Magistratura, Ravid Tağıyev, "Cenubi Qafqazda regional inteqrasiya prosesində enerji amili", Bakı Mühəndislik Universiteti
  • 2015 - Magistratura, Aytən Paşayeva, "BMT-nin Kipr münaqişəsindəki rolu", Qafqaz Universiteti
Mükafatlar, sertifikatlar
  • ""Multikulturalizmə giriş" və "Azərbaycan Multikulturalizmi" tədris proqramları", Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi; 2016
  • "e-Learning - Uzaqdan Təhsil Üzrə Beynəlxalq Sertifikat", İnvent/ Germany; 2009
  • "Fransız Dili Səviyyə sertifikatı (6)", CFILC - Sorbonne- Paris / FRANSA; 2005
  • "Sürücülük Belgesi", Konya Emniyet Müdürlüğü / Türkiye; 2003
Ən son keçdiyi dərslər
  • Bakalavriat, "Azərbaycanşünaslıq"
  • Magistratura, "Enerji təhlükəsizliyində Cənubi Qafqaz regionunun rolu"
  • Magistratura, "Beynəlxalq münasibətlərin tarix və metodologiyası"
  • Magistratura, "Diplomatik Müdafiənin Hüquqi Əsasları"
  • Magistratura, "Beynəlxalq Münaqişələrin dinc yolla həlli vasitələri"
  • Magistratura, "Qloballaşma"
  • Magistratura, "Qara Dəniz Hövzəsindəki Ölkələr Arasındakı Münasibətlər"
  • Magistratura, "Böyük Güclər və Cənubi Qafqaz"
  • Bakalavriat, "Müasir Qafqaz Siyasəti"
  • Bakalavriat, "Siyasi və Hüquqi Təlimlər Tarixi"
  • Bakalavriat, "Türkiyənin Beynəlxalq Münasibətləri"
  • Magistratura, "Cənubi Qafqazda Təhlükəsizlik Problemləri"
  • Bakalavriat, "Beynəlxalq Təşkilatlar"
  • Bakalavriat, "Azərbaycan Xarici Siyasəti"
  • Bakalavriat, "Beynəlxalq Siyasət"
Kompyuter bilikləri
  • Microsoft Office Programları (Word, Excell, Outlook, Power Point vs.), Internet
Dil bilikləri
  • Türk - Səlis
  • French - Səlis
  • İngilis - Yaxşı
  • Azərbaycan - Səlis ( Ana dili )
Tərcümeyi hal
Quliyev Samir Fikrət oğlu, 02 Mart 1979-cu ildə Naxçıvan MR Culfa rayonunun Əbrəqunus kəndində ziyalı ailəsində anadan olmuşdur. Quliyev Samir Naxçıvanda orta məktəbi bitirdikdən sonra 1997-ci ildə dövlət proqramı çərçivəsində Türkiyə Cümhuriyyətində Səlcuq Universitetinə daxil olmuş, 2001-ci ildə həmin universiteti fərqlənmə ilə bitirmişdir. 2001-ci ildə dövlət proqramı ilə Türkiyə Cümhuriyyətində Ankara Universitetinin “Politologiya” fakültəsinə “Beynəlxalq Münasibətlər” ixtisası üzrə magistratura şöbəsinə daxil olmuş, dövlət təqaüdü alaraq təhsil aldığı Ankara Universitetindən 2004-cü ildə məzun olmuşdur. 2004-cü ildə Türkiyə Cümhuriyyətində Qazi Universitetinin “Beynəlxalq Münasibətlər” ixtisası üzrə doktorantura şöbəsinə daxil olmuşdur. 2005-ci ildə Fransanın Paris şəhərindəki Sorbonne Universitetində bir il magistraturada təhsil almışdır. 2006-ci ildə Fransada Bordo IV Monteskiyö Universitetinin “Politologiya” fakültəsinin magistr dərəcəsini almış və 2006-cı ildən etibarən həmin universitetin doktorantura şöbəsində 3 il təhsilini davam etdirmişdir. Quliyev S.F. "Azərbaycan Respublikasının neft strategiyası və Qafqazda təhlükəsizlik problemləri" adlı dissertasiya işini 2015-ci ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertasiya şurasında müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Quliyev S.F. 2006-2007-ci illər arasında Fransada Bordo IV Monteskiyö Universitetində tədqiqatçı-laborant kimi fəaliyyət göstərmişdir. 2008-ci ildən 2017-ci ilədək Qafqaz Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasında assistent, baş laborant, müəllim, baş müəllim vəzifəsində çalışıb. 2010-2011-ci illər arasında Qafqaz Universitetinin "Hüquq fakultəsinin" tədris işləri üzrə dekan müavini, 2012-2013-cü illər arasında "İqtisadiyyat və idarəetmə fakültəsinin" elmi işlər üzrə dekan müavini, 2013-2017-ci illər arasında isə "İqtisadiyyat və idarəetmə fakültəsinin" tərbiyə işləri üzrə dekan müavini vəzifəsini tutmuşdur. 2016-2017-ci illər arasında Qafqaz Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının müdiri olmuşdur. Quliyev S.F. eyni zamanda 2010-2015-ci illərdə Bakı Slavyan Universitetinin "Diplomatiya və xarici siyasət" kafedrasının yarım ştat müəllim kimi fəaliyyət göstərmişdir. 2017-ci ilin fevral ayından etibarən Bakı Mühəndislik Universitetinin "Beynəlxalq münasibətlər" kafedrasının müdiri vəzifəsində çalışır. O, 2 monoqrafiyanın, 2 fənn proqramının və 25 elmi məqalənin müəllifidir. Bakalavr səviyyəsində təhsil alan tələbələrin buraxılış işlərinə, magistr səviyyəsində isə dissertasiya işlərinə rəhbərlik etmişdir. AMEA Tarix institutunun dissertasiya şurasında müdafiə edən dissertantlar üçün rəsmi opponent olmuşdur. Quliyev S.F. Azərbaycan Təhsil Nazirliyi tərəfindən 2016-cı ildə Azərbaycan Dillər Universitetinin akreditasiyasında və 2017-ci ildə Qərb Universitetinin akreditasiyasında Akreditasiya komissiyasının üzvü təyin edilmişdir.
 
 
 

©2017