İsa Qasımov (Ph.D) « Geriyə qayıt
İsa Qasımov
Bölmə: Sənaye mühəndisliyi
Vəzifə: Dosent
Doğulduğu tarix: 15 November, 1975
Yaşı: 44
Ailə vəziyyəti: Evli
E-mail:
Mob. Tel.: 0506808445
Təhsil
  • Doktorantura, Azərbaycan Respublikası Prezident Yanında Ali Atestasiya Komissiyası, Coğrafiya elmləri namizədi. - 2005 İyn.
  • Magistratura, Bakı Dövlət Universiteti, Coğrafiya. - 1999 İyl. Diplom #MNA № 001789
  • Bakalavriat, Bakı Dövlət Universiteti, Coğrafiya. - 1997 İyl. Diplom #A 001923
İş təcrübəsi
  • Qafqaz Universiteti Texnopark direktoru, Qafaz University. Bakı/Azərbaycan. Yan 2013 - davam edir
  • dosent, İctimaiyətlə əlaqələr şöbəsinin müdiri, Karyer Planlama Mərkəzinin müdiri, Qafqaz Universiteti. Bakı/Azərbaycan. Avq 2006 - davam edir
  • baş müəllim, direktor müavini, direktor əvəzi, kafedra müdiri, dosent (0.5 ştat), AMİ Quba filialı. /Azərbaycan. Sen 2005 - davam edir
Nəşrlər
    Nəşrlər
  • Mustafayev T, Qasımov İ. Azərbaycanın təbii qaz ehtiyatlarının istifadəsi və onun iqtisadi nəticələri. Journal of Qafqaz - İqtisadiyyat və İdarəetmə. Azərbaycan. 2009:12
  • T.Mustafayev , İ. Qasimov , Qasımov İ. Azərbaycanın təbii qaz ehtiyatlarının istifadəsi və onun iqtisadi nəticələri. Journal of Qafqaz Universty” Qafqaz Universiteti, No 24. Azərbaycan. 2008;24:7, url: [1]
  • Paşa N. , İsa Qasimov , Qasımov İ. Xəzər hövzəsi ölkələrinin təbii qaz ehtiyatlarinin qlobal əhəmiyyətli enerji . AMEA İqtisadiyyat İnstitutu, Elmi Əsərlər. 2008;4:4, url: [2]
  • Paşa N, Qasımov İ. XXI əsrin ən böyük təhlükəsi – Qlobal istiləşmə və Azərbaycan. Journal of Qafqaz University. 2012;33:33-38
  • Paşa N, Rza A, Qasımov İ. Regionların sosial-iqtisadi inkişafı konsepsiyasında təbii fəlakətlərin planlamasının əhəmiyyəti. 2009-cu ildə Azərbaycan ərazisində seysmoproqnoz müşahidələrin katoloqu. 2010:231-236
  • Paşa N, Qasımov İ. The effect of economic factors on the consequences of natural disasters and their . Вестник СДУ, Алматы. 2009;12(4):66-70
  • Paşa N, Qasımov İ. Xəzər hövzəsi ölkələrinin təbii qaz ehtiyatlarının qlobal əhəmiyyətli enerji layihələrində yeri. AMEA İqtisadiyyat İntitutunun elmi əsərləri. 2008(4):499-504
  • Beynəlxalq konfranslar
  • Durmaz Ş, Qasımov İ. Azerbaycan'da Üniversite - İş Dünyası İlişkilerinin Analizi. 3. Sanayi Şurası T.C. Bilim, Sanayi ve Teknoloji Bakanlığı. Türkiyə. Noyabr 2013:10
  • Özeren E. , Paşa N, Qasımov İ. Qlobal istiləşmə şəraitində Azərbaycanda ehtimal olunan problemlər və həlli yolları haqqında. İcmaları - əhalini, iqtisadiyyatı və ətraf mühiti mühafizəyə hazırlamaqda yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin qarşılıqlı fəaliyyəti. 15-16 noyabr 2011, Beynəlxalq elmi-praktik konfrans. Azərbaycan. Noyabr 2011:32-36
  • Isa Qasimov , Qasımov İ. Təlim prosesində İKT imkanlarının istifadəsinin pedoqoji baxımdan bəzi məsələləri . AR Təhsil Nazirliyi AMİ, Müəllim hazırlığının müasir problemləri mövzusunda beynəlxalq elmi konfrans, 2011, Bakı ş.. Azərbaycan. Noyabr 2011:5, url: [3]
  • Dr. S.M. Zülfüqarova , İ.Qasımov , Qasımov İ. Turizmin inkişafında nəqliyyat sisteminin rolu. Azərbaycanda turizm in inkişafı və regional problemləri mövzusunda beynəlxalq elmi-praktik konfransı, BDU Coğrafiya fakültəsi, 2011, Bakı. Azərbaycan. Noyabr 2011:4, url: [4]
  • N.Paşa , İ. Qasımov , Qasımov İ. Azərbaycan ərazisində baş verən sel və daşqinlarin təsərrüfat sahələrinə mənfi təsiri. Fövqəl” Assosiasiyası, Hyoqo Fəaliyyət Proqramına müvafiq olaraq “Riskin idarə olunması – fövqəladə halların qarşısının alınması, təsirinin azaldılması və nəticələrinin aradan qaldırılmasının təşkil. Azərbaycan. İyun 2011:5, url: [5]
  • İsa Qasımov , Prof.N..Babaxanov , Qasımov İ. Təbii fəlakətlərin Azərbaycanın nəqliyyat sisteminə təsirinin coğrafi təhlili. Riskin idarə olunması – fövqəladə halların qarşısının alınması, təsirinin azaldılması və nəticələrinin aradan qaldırılmasının təşkili. Azərbaycan. İyun 2011:6, url: [6]
  • S.M. Zülfüqarova , İ.Qasımov , Qasımov İ. Baкı şəhərində turizmin inкişafının yеni mərhələsi. Qloballaşma Şeraitinde Davamlı İnkişafın Aktual Problemleri Azerbaycan Universiteti . Azərbaycan. May 2011:3, url: [7]
  • İsa Qasimov , Qasımov İ. Xəzər hövzəsinin təbii qaz ehtiyatlarının səmərəli istifadəsi problemləri. Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya. Azərbaycan. Oktyabr 2010:5, url: [8]
  • Paşa N. , İsa Qasimov , Qasımov İ. Azərbaycanda əmək ehtiyatlarının istifadəsi haqqında. Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya, II Beynəlxalq Kongres. Azərbaycan. Oktyabr 2010:4, url: [9]
  • Paşa N, Qasımov İ. Seysmik təhlükə və güclü zəlzələlərin proqnozlaşdırılması problemləri. Fövqəladə hallar və ətraf mühit. 15-16 dekabr 2009-cu il Beynəlxalq elmi-praktiki konfrans. Azərbaycan. Dekabr 2009:13-17
  • Paşa N. , İ. Qasimov , Qasımov İ. Azərbaycan ərazisində sel əmələ gətirən amillər və təbii fəlakət riskinin azaldilmasi yollari. Nəqliyyat sistemində təhlükəsizliyin idarə olunması problemləri . Azərbaycan. Oktyabr 2008:5, url: [10]
  • İsa Qasimov , Qasımov İ. Gabele bölgesinin doğal kaynaklari ve askeri radar üssünün çevreye etkisi. Orta Asya Toplumlarında sosyal, siyasal ve ekonomik arayışlar, II Uluslararası kongre. Qırğizistan. Oktyabr 2008:9, url: [11]
  • Milli konfranslar
  • İsa Qasimov , Qasımov İ. Azərbaycanda kadr hazırlığı işi və tələbələrin karyera planlaşdırılılmasında tətbiq edilən metodlar . Azərbaycan inkişaf etmiş cəmiyyətə doğru: Reallıqlar, perspektivlər, gənc tədqiqatçıların elmi-praktik konfransı, Azərbaycan Universiteti, Bakı, 2-3 fevral 2011. . Fevral 2011:5
  • Kitablar
  • Tərtib edən: İsa Qasımov , Qasımov İ. Boloniya prosesi kontekstində Azərbaycan təhsili. Qafqaz Universiteti yayınları. Bakı/Azərbaycan. 2008:100, url: [12]
  • Digər
  • İsa Qasimov , Qasımov İ. Azərbaycanın fiziki və iqtisadi coğrafiyası, dərs proqramı. AMİ yayınları. Azərbaycan. Avqust 2011:28, url: [13]
  • İsa Qasimov , Qasımov İ. Dünya ölkələri və Azərbaycan coğrafiyası, dərs proqramı. Qafqaz Universiteti yayınları. Azərbaycan. Noyabr 2010:28, url: [14]
Layihələr
  • Layinənin adı: Yeni Fikir Müsabiqəsi/2013, 2014, 2015, 2016; Donor: ABTM, Qafqaz Universiteti; Vəzifə: Layihə Rəhbəri; 1 Mar 2013 - N/A;
    Qeyd: Yeni Fikir Müsabiqəsi (YFM) Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) təşkil etdiyi layihədir. Bu layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəldilməsinə xidmət edir. http://yenifikir.az/az/
Maraq sahələri
Kitab oxumaq, gəzmək/səyahət etmək, araşdırmaq, kommunikasiya, kömək etmək.
Üzv oldugu elmi qurumlar
  • Azərbaycan Coğrafiya Cəmiyyəti - 5 Fev 2000
Mükafatlar, sertifikatlar
  • "Gənc jurnalistlərin yazı müsabiqəsində “İqtisadiyyat, sahibkarlıq və sosial rifah” nominasiyası üzrə ölkə üçüncüsü", 2. Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi; 2006
  • "gənc jurnalistlərin yazı müsabiqəsində “Regionların sosial-iqtisadi inkişlafı” nominasiyası üzrə ölkə birincisi", 1. Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi; 2005
Ən son keçdiyi dərslər
  • Bakalavriat, "Təşəbbüskarlığın Əsasları"
  • Magistratura, "Ekologiya və təbii sərvətlər"
  • Bakalavriat, "Dünya ölkələri və Azərbaycan Coğrafiyası"
Kompyuter bilikləri
  • Microsoft Ofice
Dil bilikləri
  • Türk - Səlis
  • Azərbaycan - Səlis ( Ana dili )
  • İngilis - Yaxşı
  • Rusca - Yaxşı
Tərcümeyi hal
İsa Hüseyn oğlu Qasımov 1975-ci il noyabrın 15-də Qəbəblə rayonunda anadan olub. 1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya Fakültəsində "İqtisadi və sosial Coğrafiya" (bakalavr) və "Ərazi planlaşdırma və planlaması" (magistr) ixtisasları üzrə təhsil alıb. 2004-ci ildə AMEA Coğrafiya İnstitutunda "İqtisadi və sosial coğrafiya" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 12 Aprel 2014-cü il AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadi coğrafiya ixtisası üzrə dosent elmi vəzifəsi verilib. Hazırda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar və Elmi-Tədqiqat İnstitutunda "Texnoloji innovasiyalar iqtisadiyyatı" ixtisası üzrə elmi tədqiqat işini davam etdirir. Burada o, "Azərbaycanda regional sahibkarlığın inkişafı üçün innovasiyaların stimullaşdırılması və texnoparkların yaradılması mexanizmlərinin işlənməsi" mövzusunda elmlər doktorluğu işi üzərində işləyir. Qeyd olunan mövzuya uyğun olaraq, aşağıdakı sahələr üzrə maraqlanır və araşdırmalar aparır: 1. Universitet-sənaye əməkdaşlığı, 2. Sahibkarlığın inkişafında innovasiyaların rolu, 3. İnnovasiyaların inkişafı və tətbiqi, 4. Texnoparkların qurulması və inkişafı mexanizmləri, 5. StartUp-lar. Yuxarıda qeyd olunan sahələrin öyrənilməsi üçün ABŞ, Hindistan, Türkiyə, İtaliya, Fransa, Polşa 20-yə yaxın təcrübə proqramının iştirakçısı olmuşdur. İki dərs proqramı, bir kitab, ölkədə və eləcədə xaricdə nəşr olunmuş 50-yə yaxın elmi məqalənin müəllifidir. 2006-2017-ci illər ərzində Qafqaz Universitetində Texnoparkın (QUTechnopark) direktoru, Karyera Planlama və Praktika Mərkəzinin müdiri, İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, ocümlədən Pedaqoji Fakültədə dosent vəzifələrini icra edib. 2005-2010-cu illərdə Azərbaycan Müəllimlər İnstitutu Quba Filialında kafedra müdiri, direktor müavini və direktor vəzifələrində çalışıb. 15 Fevral - 15 Mart 2017-ci il tarixlərində Bakı Mühəndislik Universiteti Texnoparkında direktor vəzifəsində çalışıb. Hazırda Bakı Mühəndislik Universiteti Texnoparkında direktor müavinidir. O, Yeni Fikir Müsabiqəsinin təsisçisi və layihə rəhbəridir. Ailəlilidir, iki qız övladı var. Həyat yoldaşı Günay Qasımova İmaməddin qızı riyaziyyat üzrə fəlsəfə doktorudur. O, Sumqayıt Dövlət Universitetində çalışır.
 
 
 
 

©2019