Əjdər Ağayev (Elm. Dr.) « Geriyə qayıt
Əjdər Ağayev
Bölmə: Pedaqogika
Vəzifə: Professor
Doğulduğu tarix: 10 October, 1937
Ailə vəziyyəti: Evli
E-mail:
Web site: http://www.ajdaragayev.com
Təhsil
  • Doktorantura, Azərbaycan Respublikası Prezident Yanında Ali Atestasiya Komissiyası, Pedaqqoji Elmlər Namizədi. - 1996 Okt. Diplom #ED № 0282
  • Magistratura, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix. - 1960 İyn. Diplom #O № 135472
Nəşrlər
    Nəşrlər
  • Ağayev Ə. Azərbaycannda təhsildə QHT-lərin rolu. Təhsil. 2014;2014(5)
  • Ağayev Ə. İnnovasiyalara yeni yanaşma. Azərbaycan məktəbi. 2013;2013(5)
  • Ağayev Ə. Dəyərli ensklopedik nəşr"Prof. M. Mərdanovun əsərinə rəy". Azərbaycan məktəbi . 2012;2012(6)
  • Ağayev Ə. Pedaqogika hamı üçün elmdir. Azərbaycan məktəbi. 2011;2011(6)
  • Ağayev Ə. Azərbaycanda "Türk dili" və "Türk əlifbası" islahatlarının işlədilməsinə dair və ya ortaq dil və əlifbanın yaradılmasının zəruriliyi haqqında. Təhsil. 2011;2011(1):37-42
  • Ağayev Ə. Möcüzəmi? Həqiqətmi?. Təhsil. 2011;2011(5)
  • Ağayev Ə. Pedaqogika elminin dəyərli tədqiqatçısı (prof. F. Rüstəmov). Azərbaycan məktəbi. 2011;2011(4)
  • Ağayev Ə. Azərbaycanda ümumi təhsilin moderin inkişafı. Təhsil. 2011;2011(2)
  • Ağayev Ə. Qloballaşma və təhsil. Azərbaycan məktəbi. 2010;2010(4):23-30
  • Ağayev Ə. Müsahibə. Vətəndaş cəmiyyəti. 2013;2013(4)
  • Ağayev Ə. Müsahibə. Xəzər xəbər. 2013;2013(5)
  • Beynəlxalq konfranslar
  • Ağayev Ə. Azərbaycanda türk düşüncəsi üzərinə bir çalışma. IV uluslar arası böyük türk dili qurultayı. Türkiyə. Sentyabr 2011
  • Ağayev Ə. M.Şəhriyarın yaradıcılığında Azərbaycan. Azərbaycanşünaslığın Aktual Problemləri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş V Beynəlxalq elmi konferansın materialları, 05-07 may . Azərbaycan. May 2010:44-45
  • Milli konfranslar
  • Ağayev Ə. Təhsil sahəsində fəaliyyətimizin metodoloji əsası dövlət strategiyası kontekstində. Cəmiyyət və təhsilin inkişaf strategiyası. May 2014:197-202
  • Kitablar
  • Ağayev Ə. Nəsillərə örnək insan. Mürtəcim. Bakı/Azərbaycan. 2016:130
  • Ağayev Ə. Secilmiş əsərlər . IV cild. Mürtəcim. Bakı/Azərbaycan. 2015:374
  • Ağayev Ə. Seçilmiş əsərlər. Uşaqlar üçün bədii əsərlər. Mürtəcim. Bakı/Azərbaycan. 2015:248
  • Ağayev Ə. Sevgi dünyası. Yazıçı. Bakı/Azərbaycan. 2015:136
  • Ağayev Ə. Seçilmiş əsərləri. III cild. Mürtəcim. Bakı/Azərbaycan. 2014:470
  • Əjdər Ağayev , Ağayev Ə. Seçilmiş pedaqoji əsərlər I cild. Baki. Bakı/Azərbaycan. 2011:200
  • Əjdər Ağayev , Ağayev Ə. Qloballaşma və təhsil `Azərbaycan məktəbi` jurnalı. Bakı. Bakı/Azərbaycan. 2010:10
  • Əjdər Ağayev , Ağayev Ə. Təməldən əmələ. Baki. Bakı/Azərbaycan. 2009:30
  • Əjdər Ağayev , Ağayev Ə. Sosial pedaqogika. Bakı. Bakı/Azərbaycan. 2008:200
  • Əjdər Ağayev , Ağayev Ə. Təhsilin informasiyalaşmasında müəllimlərin İKT hazırlığının artması məsələləri . Bakı. Bakı/Azərbaycan. 2007:325
  • Əjdər Ağayev , Ağayev Ə. Pedaqogika. Bakı. Bakı/Azərbaycan. 2007:200
  • Əjdər Ağayev , Ağayev Ə. İnsan cəmiyyət. X sinif. Bakı. Bakı/Azərbaycan. 2007:140
  • Əjdər Ağayev , Ağayev Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı. Bakı/Azərbaycan. 2006:160
  • Əjdər Ağayev , Ağayev Ə. İnsan cəmiyyət. IX sinif. Bakı. Bakı/Azərbaycan. 2006:140
  • Əjdər Ağayev , Ağayev Ə. Pedaqogika. Bakı. Bakı/Azərbaycan. 2006:137
  • Əjdər Ağayev , Ağayev Ə. Təlim prosesi: reallıq, perspektivlər.`Azərbaycan məktəbi`. Bakı. Bakı/Azərbaycan. 2005:222
  • Əjdər Ağayev , Ağayev Ə. İnsan cəmiyyət. VIII sinif. Bakı. Bakı/Azərbaycan. 2005:150
  • Əjdər Ağayev , Ağayev Ə. Müasir təlim prosesi: nəzəriyyə və təcrübə məsələləri`Azərbaycan məktəbi`. Bakı. Bakı/Azərbaycan. 2005:233
  • Əjdər Ağayev , Ağayev Ə. Vətəndaş təhsili günümüzün zəruri tələbidir.`Azərbaycan məktəbi`. Bakı. Bakı/Azərbaycan. 2004:179
  • Əjdər Ağayev , Ağayev Ə. Güneyqafqaz xalqlarının pedaqoji əlaqələri tarixindən . Baki. Bakı/Azərbaycan. 2004:8
  • Əjdər Ağayev , Ağayev Ə. Təhsilin modernləşdirilməsi : tarixilik , varislik, müasirlik` Müasir mərhələdə pedaqoji elmin inkişaf perspektivləri` . Bakı. Bakı/Azərbaycan. 2004:212
  • Əjdər Ağayev , Ağayev Ə. Heydər Əliyev irsində elm, təhsil milli kadr hazırlığı məsələləri`Azərbaycan məktəbi`. Bakı. Bakı/Azərbaycan. 2004:138
  • Əjdər Ağayev , Ağayev Ə. İnsan, sağlamlıq, gələcək. Bakı. Bakı/Azərbaycan. 2003:120
  • Əjdər Ağayev , Ağayev Ə. Pedaqogika. Baki. Bakı/Azərbaycan. 2003:180
  • Əjdər Ağayev , Ağayev Ə. Pedaqoji fikrimiz: dünənimiz, bu günümüz. Bakı. Bakı/Azərbaycan. 2000:19
  • Əjdər Ağayev , Ağayev Ə. İnsan cəmiyyət. XI sinif. Bakı. Bakı/Azərbaycan. 1997:170
  • Əjdər Ağayev , Ağayev Ə. Pedaqogika. Bakı. Bakı/Azərbaycan. 1993:150
  • Əjdər Ağayev , Ağayev Ə. Azəbaycan dili. II sinif . Bakı. Bakı/Azərbaycan. 1991:80
  • Əjdər Ağayev , Ağayev Ə. Fərhad Ağazadənin pedaqoji görüşləri. Baki. Bakı/Azərbaycan. 1987:8
  • Əjdər Ağayev , Ağayev Ə. Həyatın astanasında . Bakı. Bakı/Azərbaycan. 1983:6
  • Əjdər Ağayev , Ağayev Ə. Məktəblilərin vətəndaşlıq borcu tərbiyəsi. Bakı. Bakı/Azərbaycan. 1975:4-5
  • Əjdər Ağayev , Ağayev Ə. Azərbaycan ictimai- pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi.. Baki. Bakı/Azərbaycan. 1974:18
  • Əjdər Ağayev , Ağayev Ə. Uşaq bağçalarında estetik tərbiyənin bəzi məsələləri.`İbtidai məktəb və məktəbəqədər tərbiyə`. Bakı. Bakı/Azərbaycan. 1973:170
  • Əjdər Ağayev , Ağayev Ə. Azərbaycan müəllimlərinin I(1906) və II(1907) qurultaylarının təşkili və keçirilmısi haqqında `Azərbaycan məktəbi`. Bakı. Bakı/Azərbaycan. 1972:200
  • Digər
  • Əjdər Ağayev , Ağayev Ə. Üzeyr Hacıbəyov ensiklopediyası. Bakı. Azərbaycan. İyun 1995:200
Dissertasiya işi rəhbəri
  • 2016 - Doktorantura, Göyçək Eminli, "Müəllim şagird əməkdaşlığı şəxsiyyətyönümlü təlimin başlıca şərti kimi", Qafqaz Universiteti
Ən son keçdiyi dərslər
  • Magistratura, "Ali məktəb pedaqogikası"
  • Bakalavriat, "Pedaqogika tarixi"
  • Magistratura, "Təhsilin aktual problemləri"
  • Bakalavriat, "Pedaqogika"
Dil bilikləri
  • Azərbaycan - Səlis ( Ana dili )
  • Rusca - Səlis
  • Türk - Yaxşı
Tərcümeyi hal
10 oktyabr 1937-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. 1954-cü ildə Salyan şəhər 2 nömrəli oğlan tam orta məktəbini bitirmişdir. 1955-1960-cı illərdə ADPİ-nin (indiki ADPU) tarix-filologiya fakültəsində təhsil almışdır. 1960-1965-ci illərdə Salyan rayonunda dil, ədəbiyyat, tarix müəllimi və tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1966-1969-cu illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. 1970-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Pedaqoji elmlər doktoru (1996), professor (1996), Azərbaycan Respublikasının əməkdar müəllimidir (2000). Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür (Moskva, 2006). Çoxsaylı beynəlxalq və respublika elmi konfranslarında və digər toplantılarda iştirak etmişdir. Azərbaycan Jurnalistlər Birliyinin (1975), Azərbaycan Yazıçılar Birliyinin (2001) üzvüdür. “Araz” ali ədəbi mükafatın (1997), akademik Mehdi Mehdizadə adına pedaqoji mükafatın (1998) laureatıdır. 500-dən çox elmi əsərin, 40 kitabın, monoqrafiya və dərsliyin, proqram və metodik tövsiyənin, 600-dən çox elmi-kütləvi, publisistik məqalənin müəllifidir. 10 bədii əsərlər kitabı nəşr olunmuşdur. Uşaqlar üçün yazdığı 100-dən artıq şeirinə bəstəkarlar tərəfindən mahnı bəstələnmişdir. Əsərləri rus, ingilis, ukrayn, belarus, başqırd dillərində çap olunmuşdur. Azərbaycanda pedaqoji jurnalistikanın, xüsusilə, pedaqoji televiziya jurnalistikanın yaradıcılarındandır. Pedaqogikanın nəzəriyyəsi və tarixi problemləri üzrə fundamental tədqiqatların müəllifidir. Vətəndaşlıq tərbiyəsi, şəxsiyyətin formalaşması, sahiblik hissi tərbiyəsi kimi problem mövzuların pedaqoji aspektdə ilkin tədiqiqi sahəsində xidmətləri vardır. Uzun müddət “Azərbaycan məktəbi” jurnalının və ona metodik əlavələrin baş redaktoru olmuşdur (1974-1981). Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi, baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışaraq, tədqiqatlarla yanaşı, elmi-pedaqoji kadr hazırlığında müstəsna rolu olmuşdur. O, eyni zamanda, ADPİ-də, BDU-da, AMİ-də, ixtisasartırma institutlarında pedaqogikadan mühazirələr oxumuşdur. Müdafiə Şurasının sədri (1997-1999), AAK Ekspert Şurasının üzvü, Azərbaycan Respublikasında Təhsil Sahəsində İslahat Proqramını və Təhsil haqqında Qanun layihəsini hazırlayan işçi qruplarının üzvü olmuşdur. Hazırda Azərbaycan Təhsil Şurasının, Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Pedaqogika və Psixologiya” bölməsinin sədri, Dissertasiya Şurasının, “Ən yaxşı məktəb”, “Ən yaxşı müəllim” müsabiqə komissiyası təşkilat komitəsinin, bir sıra elmi jurnal redaksiya heyətlərinin üzvü, TPİ-nin baş elmi işçisi, Qafqaz Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası bölümünün rəhbəri – Pedaqogika kafedrasının müdiridir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür (2006).
 
 
 

©2017