BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİNİN
PEDAQOJİ FAKÜLTƏSİNİN BİOLOGİYA KAFEDRASI
Kafedranın (İxtisasın) aktuallığının əsaslandırılması
Kafedra, Biologiya müəllimliyi istiqaməti üzrə ingilis dilində bakalavr təhsili imkanlarını təqdim edir. Təhsilin birinci ilində tələbələrə sonrakı illərdə keçiləcək dərsləri başa düşmələri üçün bir il intensiv şəkildə ingilis dili tədris olunur.
Məzunlarımız pedaqoji fəaliyyətini mülkiyyət formasından (dövlət və ya özəl) və tabeçiliyindən asılı olmayaraq, ümumtəhsil, xüsusi təmayüllü təhsil müəssisələri – gimnaziya, lisey, peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində, ali məktəblərdə həyata keçirməklə yanaşı, eyni zamanda peşə və ixtisas dərəcəsinə uyğun olaraq digər idarə və təşkilatlarda da işləyə bilərlər.
Son illər ölkəmizdə ABŞ və bir sıra qabaqcıl Avropa ölkələrində tədris olunan Beynəlxalq Bakalaviatura (IB-International Baccalaureate) və Böyük Britaniyada A səviyyəsinə yol açan Beynəlxalq Ümumi Orta Təhsil Sertifikatı (IGSE - International General Certificate of Secondary Education) proqramı çərçivəsində tədrisi aparan ümumtəhsil məktəblərinin və liseylərin (kolleclərin) sayının artdığı bir dövrdə BMU Biologiya müəllimliyi ixtisasının vacibliyinin əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur.
Kafedranın məqsədi
Bölmənin əsas məqsədi yüksək səviyyəli, güclü ixtisas və pedaqoji biliklərə malik, tənqidi düşünə bilən, özünəinamlı, elmi-tədqiqat işləri aparan və bunlardan fəaliyyətində yaradıcılıqla istifadə edən, milli və ümumbəşəri dəyərləri özündə birləşdirən beynəlxalq səviyyəli müəllimlər yetişdirməkdir. Biologiya müəllimliyi ixtisasını müvəffəqiyyətlə bitirən tələbələr bakalavr ixtisas dərəcəsinə yiyələnir və aldığı yüksək təhsil sayəsində istəyinə uyğun olaraq ya birbaşa peşə fəaliyyətinə başlamaq, ya da mövcud qəbul qaydalarına əsasən təhsilini magistratura pilləsində davam etdirmək imkanına malik olur.
Kafedranın fəaliyyət istiqamətləri
Biologiya kafedrası 2016-2017-ci tədris ili, fevralın 15-də Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsinin nəzdində fəaliyyətə başlamışdır. Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsinin Biologiya kafedrası Biologiya müəllimliyi ixtisası (şifr - 050110) üzrə tələbə hazırlamaqdadır. Biologiya kafedrasına Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsinin nəzdində fəaliyyətə başladığı tarixdən hal-hazıradək baş müəllim, b.ü.f.d Adil Aminov rəhbərlik edir .
Kafedranın akademik heyəti.
Kafedra 6 ştatlı, 4 saathesabı müəllim və 1 laborantla Biologiya müəllimi proqramı üzrə tədris prosesini reallaşdırmaqdadır. Onlardan 3-ü dosent, 3-ü b.ü.f.doktoru və 5-i magistr dərəcəlidir. Kafedrada işləyən professor-müəllim heyətinin ortalama yaş həddi 36±3
dür. Müəllim və əməkdaşların işə qəbulu Universitetin rəhbərliyi tərəfindən əmək müqaviləsi bağlamaq yolu ilə həyata keçrilir.
Kafedranın xarici və yerli əlaqələri
Kafedranın bütün əməkdaşları AMEA-nın müxtəlif institutları və BDU-da elmi tədqiqat işlərinə dissertant və doktorant proqramları əsasında elmi fəaliyyət göstərirlər. Belə ki, b.ü.f.d Adil Aminov elemlər doktorluq səviyyəsi üçün AMEA Fiziologiya İnstitutunun doktoranturasına sənədləri təqdim etmiş, b.ü.f.d., dos. Rəşad Səlimov AMEA-nın Botanika İntitutunda elmlər doktoru hazırlığı üzrə dissesrtasiyası üzrə işlərini davam etdirir. B.ü.f.d Anar Qocayev AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun doktornatı, müəllim Anar Məcidov AMEA-nın Botanika İntitutunun dissertantı, müəllim Elşad Yunusov AMEA-nın Mikrobiologiya İnstitutunun dissertantı, müəllim Elvin Hüseynov BDU-nun dissertantı və laborant Afaq Rzayeva AMEA Dendrologiya İnstitutunun dissertantıdır
Kafedranın tələbələrin karyera və təcrübə məsələlərində rolu
2016-2017-ci tədris ilində tədris proqramında nəzərdə tutulan pedaqoji təcrübə Bakının müasir ingilis dilli məktəblərində aparılmışdır. Avropa standartlarında tədris prosesini həyata keçirən Avropa Azərbaycan məktəbi, XXI əsr məktəbi, Azərbaycan Britaniya Kollecində və İstək liseylərində pedaqoji təcrübə keçən tələbələrimiz məktəblərin həm elektron, həm də laboratoriyada olan vəsaitlərini dərslərdə məharətlə istifadə etmişlər. Bununla bərabər dərslərdə iştirak edən tələbələrin bəziləri TOEFL və ya IELTS üzrə beynəlxalq dil sertifikatları da vardır. Tələbələrimizin hazırlıq səviyyələri məktəblərin rəhbər işçilərinin diqqətini cəlb etmişdir. Digər tərəfdən tələbələrimizin həm Azərbaycan, həm də xaricdə magistr adını qazanmaları, bununla bərabər müəllilmlik imtahanında əldə etdikləri uğurlar onların bilk potensialını və vətənpərvər düşüncəsinə sahib olma göstəricisidir
Kafedranın maddi-texniki bazası (laboratoriyaları)
Universitetin Biologiya Laboratoriyası (BL) 2014-2015-ci tədris ilində istifadəyə verilmişdir. Laboratoriya eyni anda 32 nəfər tələbənin praktik-təcrübi işlərin yerinə yetirliməsi üçün nəzərdə tutulmuş, eyni zamanda treyninq-seminarların (vorkşoplar) və müxtəlif sahələrə uyğun tədqiqatların keçirilməsinə uyğun formatda dizayn olunmuşdur. BL yeni laboratoriya olduğu üçün müasir avadanlıq və təcrübə komplektləri ilə təchiz olunmuşdur. Çalışma masalarının xüsusi işıqlandırılması, mərkəzi elektrik təchizatı sistemi, rəflərin dizaynı və komplektlərin yerləşməsi praktiki məşğələlərin səmərəliliyini təmin edir. Laboratoriyadakı əyani vəsait aşağıdakı əsas başlıqlar altında qruplaşdırıla bilər;
a. genetik tədqiqat üsulu – PCR (polimerlərin zəncirvari reaksiyası)
b. Analitik tərəzi, vortex (mini sentrafuqa), sirkələyici, müxtəlif dozalı mikropipetlər
c. Genetik, hüceyrə və biokimyəvi üsulları göstərmək üçün müxtəlif növ kitlər
d. İnsan sensor sisteminin daxili funksiyasını göstərən modellər
e. Ətraf mühitin monitorinqini etmək üçün mikro laboratoriya dəsti
f. bitki-insan-heyvan sabit anatomik modellər-mulyajlar
g. işlək-funksional fizioloji modellər
h. işıq, stereo, polarizasiyalı, rəqəmsal kameralı mikroskoplar və binokulyarlar
i. DNT təcrübələri üçün müasir rəqəmsal təchizat
r. canlı aləmin müxtəlif parametrlərini ölçmək üçün cihazlar
m. müxtəlif mövzuları əhatə edən təcrübə komplektləri
o. canlı cərrahi disseksiya alətləri komplekti
p. müxtəlif növ canlı bitki və heyvan nümunələri
q. heyvanlarda təlim prosesini öyrənmək üçün PUŞR (passiv uzaqlaşma şərti refleksi) qurğusu
Bu imkanlar tələbələrə bakalavr və magistr tədris planına uyğun olaraq fənn proqramlarıında nəzərdə tutulan təcrübi işlərin aparılması üçün kifayət edir. Lakin laboratoriyada müəyyən tədqiqat işlərinin qoyulması, layihələrin həyata keçirilməsi də mümkündür. Məsələn, böyük sterilizə kabinəsi müxtəlif mikrobioloji və bakterioloji işlərin aparılması üçün nəzərdə tutulmuşdur. Bundan başqa molekulyar biologiya və DNT, bitki anatomiyası və fiziologiyası, ekologiya, heyvan fiziologiyası sahələrinə uyğun tədqiqat işlərini həyata keçirmək üçün lazımi şərait və avadanlıqlar da vardır. Biologiya elminə xas olaraq hal-hazırda laboratoriyada əsas maliyyə tələb edən təcrübələr davamlı istifadə olunan canlı materiallardır (bitki, göbələk, qurbağa, siçan və s.).
Gələcəkdə (bəzi təchizatların alınması şərtilə) laboratoriyada genetik mühəndislik, hüceyrə mühəndisliyi və molekulyar biologiya kimi elm sahələrində istifadə olunan tədqiqat üsulları tədris oluna bilər.
Kafedranın tələbələrə istiqamətli elmi və sosial fəaliyyəti
Proqramın müvəffəqiyyətlə tamamlanması bir tələbəyə bunları qazandırır: