Teatr incəsənəti universitetdə təhsil alan hər bir gəncin zəruri mənəvi tələbatına çevrilib. Bədii yaradıcılıq bölməsinin təkibində Tələbə Teatr studiyası fəaliyyət göstərir. Tələbə Teatr Studiyası iki istiqamətdə: dram özfəaliyyəti kollektivi və ŞHK ( Şən və Hazırcavablar klubu)fəaliyyət göstərir.Bakı Mühəndislik Universitetinin dram özfəaliyyəti kollektivi müasir həyatla əlaqə baxımından çağdaş tələblərə cavab verən tamaşalar hazırlayır. Həvəskar tələbələr teatrdan estetik zövq almaqla yanaşı, həm də bilik və mədəni səviyyələrini yüksəldirlər.Repertuarda tarixi və əlamətdar günlərə həsr olunmuş tematik səhnə əsərləri ilə bir sırada klassik və tarixi mövzulara da üstünlük verilir.  Özfəaliyyət kollektivinin bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın verdiyi quruluş əsasında müxtəlif illərdə , Ə. Səmədlinin “Qanlı bənövşə”, A. Səfərlinin “Sən kimə güllə atacaqsan”, F. Karrintinin “Təhsil haqqını geri qaytarın”, A. Mehdiyevin “Başlanğıc”, C.Məmmədquluzadənin “Kamança”, , Hacı Mirabdullanın “Xocalıdan gələn səslər” pyesləri əsasında eyniadlı tamaşalar, “Tarixin Xocalı dərsi”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qış nağılı” adlı ədəbi-bədii kompozisiyalar hazırlanmışdır. 

 Özfəaliyyət kollektivinin çıxışlarının professional səhnələrdə nümayişi üçün geniş imkanlar yaradılır. İ. Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi Azərbaycan Dövlət Opera və Balet Teatrının,Naxçıvan Dövlət Konservatoriyasının səhnəsində,“Hökmdar və qızı” əsəri əsasında “Qarabağnamə” tamaşası isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Əli Əmirlinin “Ağqoyunlular və Qaraqoyunlular” eyniadlı tamaşası  Sumqayıt Dövlət Dram Teatrında, Abşeron, Şamaxı rayon Mədəniyyət Saraylarında, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliiyətinə həsr olunmuş “Mesenat” eyniadlı tamaşası  isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, və Abşeron rayon Mədəniyyət Mərkəzində, B. Vahabzadənin “Göytürklər” pyesi əsasındahazırlanan “Özümüzü kəsən qılınc” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında və Mingəçevir Dövlət Teatrında,H. Mirələmovun “Xəcalət” povesti əsasında hazırlanmış eyniadlı tamaşa V. Mustafazadə adına Pirallahı rayon Mədəniyyət Mərkəzində , Anarın “Keçən ilin son gecəsi” pyesi  əsasında hazırlanan eyniadlı tamaşa   Azərbaycan Dövlət Rus Dram Dram Teatrındanümayiş olunub.

 

Bədii yaradıcılıq bölməsinin tərkibində ŞHK ( Şən və Hazırcavablar klubu)fəaliyyət göstərir.Şən və Hazırcavablar klubu komandası 2009-cu ildən fəlaiyyətə başlamış indiyədək müxtəlif müsabiqələrdə o cümlədən,  Aktyorlar evində Bakı Şəhəri Şən və Hazırcavablar Klubunun təşkil etdiyi Ali Məktəblər arası Milli KVN Superliqasında 2-ci yerə layiq görülmüş,10-17 noyabr 2018-ci il tarixlərində Ali və orta ixtisas təhsili müəssisələrinin Şən və Hazırcavablar klublarının Beynəlxalq Tələbə Gənclər Həftəsinə həsr olunmuş müsabiqəsində müvəffəqiyyətlə iştirak etmişdir.

 

 
 
 

©2018