BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ

DÜNYA İQTİSADİYYATI KAFEDRASI   

 

 Kafedranın (İxtisasın) aktuallığının əsaslandırılması

İqtisadiyyat anlayışı məhdud resursları, qeyri-məhdud ehtiyacları qarşılamaq üçün ən səmərəli şəkildə qarşılanmasını öyrənən elm sahəsidir. Dünya iqtisadiyyatı da məhdud olan bu resursları, qeyri-məhdud ehtiyacları qlobal səviyyədə öyrənməklə məşğul olan elm sahəsi və ixtisas kimi formalaşmışdır. Dünya iqtisadiyyatı ixtisası qlobal iqtisadiyyatın tətbiqi və öyrənilməsi ilə məşğul olan bir ixtisas sahəsidir. Uzun illər dünya iqtisadiyyatı deyilən bir ixtisasın mövcud olmaması onu göstərirdi ki,qlobal səviyyədə dünya iqtisadiyyatı həm tətbiq olunmur,həm də öyrənilmirdi. Xüsusilə 60-70-ci illərdən sonra dünyada sürətli qloballaşma prosesi yaşandı. Bu proses müəyyən ölkələrin, regionların iqtisadiyyatının tətbiqi və tədqiqi ilə yanaşı, ümumillikdə dünyada qlobal iqtisadiyyatın öyrənilməsinin zərurətini meydana gətirir. Dünya iqtisadiyyatı, beynəlxalq iqtisadi münasibətlər kimi ixtisasların formalaşmasını həyata keçirir. Əsas prinsip ondan ibarətdir ki, bu gün qloballaşan dünya var və mövcud iqtisadi münasibətlərin tətbiqi və öyrənilməsi üçün belə bir ixtisasın zərurəti var. 

Kafedranın məqsədi

Kafedranın qarşıya qoyduğu əsas məqsəd nəzdində fəaliyyət göstərən ixtisaslarda öz ixtisasını dərindən bilən, Boloniya təhsil sistemini mənimsəyən, özünü daim təkmilləşdirən, müasir iqtisadiyyat elmini bilən kadrların hazırlanmasında Respublika təhsil sisteminə yaxından köməklik göstərməkdir. Kafedramız alimlərə və tədqiqatçılara araşdırma mühiti təmin edir.  Tələbələrimizə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət standartlarını  əsas götürərək, dünyanın qabaqcıl universitetlərinin tədris proqramlarına uyğun şəkildə hazırlanmış tədris planları əsasında Azərbaycan və İngilis dillərində  təhsil verilir.

Kafedranın fəaliyyət istiqamətləri

Kafedranın fəaliyyət istiqamətləri Azərbyacanda və dünyada gedən iqtisadi prosesləri müstəqil təhlil edə biləcək mütəxəssislər hazırlamaqdır. Dünya iqtisadiyyatı ixtisası ümumi iqtisadi biliklərin verilməsi ilə yanaşı qlobal iqtisadi proseslərin maliyyə münasibətlərini öyrədən bir ixtisas olmaqla, çox geniş iqtisadi bilikləri tələbələrə çatdırır. Xüsusilə, başda müəyyən kompüter bilikləri olmaqla iqtisadiyyatda geniş istifadə olunan statistika və ekonometriya bilikləri tələbələrimizin çox geniş mənada alabiləcəkləri biliklər olaraq sayılır. Xüsusilə, aparılan iqtisadi analizlər, bu analizlərin qiymətləndirilməsi, təhlil edilməsi alına bilinəcək ən mühüm biliklərdən biridir. Bugün bilinməlidir ki, qlobal iqtisadi şəraitdə təkcə sadə iqtisadi biliklərin alınması bir kadr üçün lazımi səviyyədə deyildir. Bu baxımdan, dünya iqtisadiyyatı ixtisasında təhsil alan tələbələr daha geniş iqtisadi biliklərə yiyələnərək onu təhlil və analitik analiz etmə qabiliyyətinə sahib olacaqlar. 

 Kafedranın akademik heyəti

Dosent   Mayis Əzizov ( kafedra müdiri)

Dosent  Həzi Eynalov

i.ü.f.d.  Şəhriyar Muxtarov

i.ü.f.d.  Vuqar Muradov

Fərid Cəbiyev

Şəhriyar Əliyev

Sənnur Əliyev

Xətai Alıyev

  Kafedranın Xarici Əlaqələri

Dünya İqtisadiyyatı tələbələri universitet daxilində olan bütün xaricdə mübadilə və təlim proqramlarında iştirak edə bilir və bu prosesdə kafedramız lazımi dəstəyi tələbələrə təqdim edir. Bundan başqa, kafedramızın müəllimləri hər il elmi tədqiqat məqsədi ilə dünyanın müxtəlif universitetlərinə səfər edirlər və eyni zamanda əcnəbilərin də universitetimizə gələrək kafedra əməkdaşları ilə birgə bir neçə elmi tədqiqatlarda birgə fəaliyyət göstərirlər. Bunlara misal olaraq, kafedra əməkdaşlarının əcnəbi tədqiqatçılarla birgə bir çox elmi nəşrləri göstərilə bilər.

Qeyd edək ki, kafedramızın tədris proqramındakı dərslər beynəlxalq standartlarla uyğunlaşdırılmışdır və bu isə, tələbələrimizin dünyanın müxtəlif universitetlərində həm mübadilə və həm də öz təhsillərini davam etdirmək üçün əlverişli şərait yaradır. 

 Kafedramızda Tələbələrin Karyera və Təcrübə Məsələlərində Rolu

Qeyd edək ki, Dünya İqtisadiyyatı kafedrası tələbələrin iş dünyasına başlamadan karyeraları üçün seminarlar, təcrübə proqramları və müxtəlif təbliğat görüşləri həyata keçirir. Belə ki, hər il sonuncu kurs tələbələri ölkənin istehsalat və xidmət sahəsində məhsuldar şirkətlərində 4 aylıq bir təcrübədən keçirlər. Orada tələbələrimiz iş həyatlarına başlamadan qabaq lazımi bilikləri əldə etməklə yanaşı, həmin şirkətlərdə işə qəbul olunurlar. Bundan başqa, işə qəbul üçün lazım olan mərhələlər haqqında məlumatlanmaq üçün kafedramız iş dünyasından təcrübəli mütəxəssislərlə tələbələrimiz arasında görüşlər və seminarlar təşkil edir.

Hər bir abituriyent və valideynini maraqlandıran əsas məsələ məzun olduqdan sonra ola biləcək iş imkanlarıdır. Bu iş imkanları tələbələrin məzun olmadan əvvəl sahib olduqları biliklərdən asılıdır. Xüsusilə dünya iqtisadiyyatı ixtisasında verilən biliklər kadrların çox yaxşı bir şəkildə yetişməsinə, onların gələcəkdə yaxşı iş imkanları tapmasına səbəb olur. Dünya iqtisadiyyatı ixtisasından məzun olan tələbələr ümumilikdə iqtisadiyyatın müxtəlif sahələrində, maliyyə, biznes, bank, mühasibatlıq kimi sahələrdə iş tapmaq imkanına sahibdirlər. Bugün iqtisadi hadisələr onu göstərir ki, hər bir şirkəti iqtisadi analizlər aparmağa, onları qiymətləndirməyə, onlardan yaxşı nəticələr çıxarmağa sahib olan kadrlar yetişdirməyə ehtiyac vardır. Bu baxımdan dünya iqtisadiyyatı ixtisasını bitirən məzunların geniş iş imkanları olduğunu fikirləşə bilərik. 

 Kafedranın maddi texniki bazası və tələbələrlə elmi-sosial fəaliyyətlər

İqtisadiyyat sahəsində hazırda dünyada ən çox laboratoriya tətbiqləri ekonometrik və statistik tədqiqat metodları vasitələri ilə həyata keçirilir. Kafedramızın ekonometrika və statistika sahəsində tədqiqatlar üçün lazım olan kompüter proqramları (EViews, SPSS və digərləri) quraşdırılmış laboratoriyası mövcuddur. Bu proqramlar şirkət və dövlət müəssisələri ilə yanaşı elmi araşdırmalarda geniş istifadə olunur və tələbələrimiz bu proqramlara yiyələnərək iş dünyasında rəqabətliliklərini artırırlar. 

Bunlarla yanaşı tələbələrimiz müxtəlif universitet daxilində və xaricində olan elmi yarışlara qatılırlar, layihələr hazırlayırlar və öz şəxsi bacarıqlarını nümayiş etdirirlər. Bu yarışlardan tələbələrimiz çox yüksək nailiyyətlər əldə edirlər.

Kafedramızda tələbə-müəllim münasibətləri olduqca səmimi və maraqlıdır. Tələbələrlə müəllimlər gəzintilərə gedirlər, futbol oynayırlar və müxtəlif tədbirlərdə birlikdə olurlar. Kafedramızda mövcud olan hər qrupun tədris məsləhətçisi mövcuddur və tələbələr elmi-sosial fəaliyyətlərini onunla birgə daha təşkilatçılıqla həyata keçirə bilirlər. 

 Nəyə görə Dünya iqtisadiyyatı ixtisasını seçməliyəm?

 Dünya iqtisadiyyatı ixtisasını seçən tələbələr sürətlə dəyişən, formalaşan dünya informasiya göstəricilərini göz önündə tutaraq iqtisadi göstəriciləri analiz edə biləcək, düzgün qərarlar və doğru proqnozlar verə biləcək iqtisadi hadisələrə uyğun iqtisadi qərarlar verə biləcək, araşdırma bacarığına sahib olacaq, müasir dövrün tələblərinə cavab verə biləcək ölçüdə bilik və bacarıqlara yiyələnə biləcəklər. Xüsusilə, müasir dövrdə şirkətlərin tələb etdiyi biliklərə yiyələnmək günümüzdə hər bir kadr üçün vacib məsələlərdən biridir. Dünya iqtisadiyyatı ixtisası məhz bu bilik və bacarıqların kadrlara verilməsini təmin edən ixtisasdır. 

 

 

 
 
 

©2018