"ÜMUMİ FƏNLƏR" KAFEDRASI 

 "Ümumi fənlər" kafedrası Bakı Mühəndislik Universitetində müxtəlif fənlərin tədrisini təşkil edir, fənn müəllimlərinin tədris fəaliyyətlərini əlaqələndirir və  bu fənlər üzrə işlərin daha səmərəli həyata keçirilməsini təmin edir. "Ümumi fənlər" kafedrası öz yüksək kvalifikasiyalı professor-müəllim heyəti ilə universitetin bakalavr pilləsinin bütün bölmələrində və magistratura pilləsinin bəzi bölmələrində tədris planı üzrə ümumi fənlər bloku üçün nəzərdə tutulmuş  dərslərin tədrisini həyata  keçirir.

  "Ümumi fənlər" kafedrasının fəaliyyətinin zəruriliyini şərtləndirən bir sıra amillər vardır ki, onlardan ən mühümü kafedra tərəfindən tədris edilən  ictimai və sosial-siyasi elmlərin istər mədəni-mənəvi, istərsə də siyasi-mənəvi baxımdan insan cəmiyyətinin həyatında əvəzsiz rol oynamasıdır.   Azərbaycan Respublikasında da ictimai-siyasi elmlərə  hər zaman ümumbəşəri dəyərlərin təbliği və təşviqi aspektindən yanaşılmışdır. Bu məsələ ilə əlaqədar Prezident İlham Əliyev xüsusi olaraq vurğulayırdı ki: “Humanitar elmlərlə bağlı məsələlər, əlbəttə ki, daim diqqət mərkəzindədir və bu  sahədə aparılan işlər çox uğurludur, təqdirə layiqdir. Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub. Ona görə, bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir”.

  Hər bir vətəndaşın, istənilən peşə və sənət sahibinin başlıca keyfiyyəti ən əvvəl onun yüksək mədəniyyəti, dünyagörüşü, vətənpərvərliyidir. Şəxsiyyətin yetkinliyi, ahəngdar inkişafı və zənginliyi məhz həmin dəyərlərlə müəyyənləşir. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi dövlətin elm siyasəti milli ideologiya və dövlətçilik tarixi, mədəniyyət və fəlsəfə, politologiya və sosiologiya, mədəniyyətşünaslıq və hüquq sahələrinin verdiyi təklif, konsepsiya və proqramlarla sıx bağlıdır. Eyni zamanda qeyd etməliyik ki, “Ümumi fənlər” kafedrasında  humanitar  yönlü sahələrlə yanaşı  hər bir insan cəmiyyəti üçün zəruri və gərəkli olan  Mülki müdafiə, Əməyin mühafizəsi  və  Tibbi biliklərin əsasları fənləri də  tədris olunur.

  "Ümumi fənlər" kafedrasında tədris edilən fənlər

Azərbaycan tarixi

Azərbaycan multikulturalizmi

Multikulturalizmə giriş

Mülki müdafiə

Tibbi biliklərin əsasları

Fəlsəfə

Sosiologiya

Mədəniyyətşünaslıq

Əməyin mühafizəsi

   Kafedranın məqsədi və fəaliyyəti istiqamətləri

  Elmi-tədqiqat işlərinin nəticələri tədris prosesində tətbiq edilir, eləcə də ictimai elmlər sahəsində qazanılan ən son nailiyyətlər "Ümumi fənlər" kafedrası nəzdindəki dərslərin tədrisi prosesində kifayət qədər əhatəli istifadə olunur. Eyni zamanda vurğulaya bilərik ki, bu fənlərin tədrisi zamanı müvafiq elm sahələri üzrə ən son elmi ixtiraların nəticələri və qazanılmış təcrübələr tələbələrə ətraflı izah edilir.

   Kafedranın əməkdaşları pedaqoji fəaliyyətləri ilə yanaşı öz ixtisaslarına uyğun elmi fəaliyyətlə də məşğul olurlar. Respublikamızın və xarici ölkələrin  elmi yönlü jurnallarında, məcmuələrində, toplularında və s. bu əhəmiyyətli nəşrlərində mütəmadi olaraq məqalələrini, tezislərini, məruzələrini dərc etdirirlər.   Kafedrada aparılan elmi tədqiqat işlərinin mühüm nəticələri AMEA və Fövqəladə Hallar Nazirliyinin Akademiyasına təqdim olunur. Eyni zamanda kafedra əməkdaşları  bir sıra xarici ölkə universitetləri ilə də birgə elmi-tədqiqat işləri həyata keçirir. Kafedranın bir əməkdaşı elmlər doktoru proqramı üzrə elmi işlərini müvəffəqiyyətlə davam etdirir. Həmçinin xarici ölkələrdə keçirilən elmi simpoziumlarda və tədbirlərdə yaxından iştirak edir.

   Kafedranın akademik heyəti

   "Ümumi fənlər" kafedrası  aşağıdakı tərkibdə fəaliyyət göstərir:

1. T. ü. f.d., dosent Bilal Dədəyev-kafedra müdiri

2.  S.e.ü.f.d., dosent Bayram Hüseynzadə

3.  S.e.ü.f.d., dosent Xaqan Balayev

4.  Fəl. ü. f. d., baş müəllim Rabil Mehtiyev

5.  Baş müəllim Şölə İsayeva

6.  Müəllim Yalçın Zeynalov

 

 

 
 
 
 

©2019