BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ   

"Ümumi fənlər" kafedrası

"Ümumi fənlər" kafedrasının fəaliyyətinin aktuallıgı onunla səciyyəllənir ki, ictimai və humanitar elmlərin tədrisi hər zaman cəmiyyətdə milli birliyi və milli özünüdərki, dövlət suverenliyinin və milli təhlükəsizliyin qarantı olan mənəvi immuniteti bununla da, ölkənin dayanıqlı inkişaf konsepsiyasının əsasını təmin edir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Humanitar elmlərlə bağlı məsələlər, əlbəttə ki, daim diqqət mərkəzindədir və bu sahədə aparılan işlər çox uğurludur, təqdirəlayiqdir. Biz bu sahəyə daim diqqət göstərməliyik. Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub. Ona görə, bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir”.

Hər bir vətəndaşın, istənilən peşə və sənət sahibinin başlıca keyfiyyəti ən əvvəl onun yüksək mədəniyyəti, dünyagörüşü, vətənpərvərliyidir. Şəxsiyyətin yetkinliyi, ahəngdar inkişafı və zənginliyi məhz həmin dəyərlərlə müəyyənləşir. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi dövlətin elm siyasəti milli ideologiya və dövlətçilik tarixi, mədəniyyət və fəlsəfə, politologiya və sosiologiya, mədəniyyətşünaslıq və hüquq sahələrinin verdiyi təklif, konsepsiya və proqramlarla sıx bağlıdır.

"Ümumi fənlər" kafedrası Bakı Mühəndislik Universitetində müxtəlif fənlərin tədrisinin təşkili, fənn müəllimlərinin vahid koordinasiyada vəzifələndirilməsi və  bu fənlər üzrə işlərin daha səmərəli həyata keçirilməsini təmin edir. "Ümumi fənlər" kafedrası öz yüksək kvalifikasiyalı professor-müəllim heyəti ilə Bakı Mühəndislik Universitetinin bakalavr pilləsinin bütün bölmələrində və magistratura pilləsinin  bəzi bölmələrində tədris planında nəzərdə tutulan  ümumi fənlər blokunda  olan dərslərin tədrisini həyata  keçirir.

"Ümumi fənlər" kafedrasında tədris edilən fənlər:

Azərbaycan tarixi

Azərbaycan multikultralizmi

Multikultralizmə giriş

Mülki müdafiə

Tibbi biliklərin əsasları

Fəlsəfə

Sosiologiya

Psixologiya

Mədəniyyətşünaslıq

 Kafedranın məqsədi və fəaliyyət istiqamətləri

Elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, eləcə də müxtəlif istiqamətlərində aparılan elmi-tədqiqat işləri "Ümumi fənlər" kafedrası nəznindəki dərslərin tədris prosesində kifayət qədər istifadə olunur. Mülki müdafiə və Tibbi biliklərin əsasları kimi praktiki dərslərdə  kafedranın bu sahələr üzrə apardığı seminarlar və onların elmi-tədqiqat işlərindən alınan nəticələr  birbaşa tədris prosesinə tətbiqin əyani nümunəsidir.

Kafedra əməkdaşları Universitetin nəşri olan "Journal of Baku Engeenering  University" jurnalına məqalə təqdim etmək və jurnalı vaxtında lazımi səviyyədə nəşriyyata hazırlamaq sahəsində əzmlə çalışır. Kafedrada aparılan elmi tədqiqat işlərinin mühüm nəticələri AMEA və Fövqəladə Hallar Nazirliyinin Akademiyasına təqdim olunur. Eyni zamanda kafedra əməkdaşları  bir sıra xarici ölkə universitetləri ilə də birgə elmi-tədqiqat işləri aparır. Kafedranın iki əməkdaşı elmlər doktoru və bir əməkdaşı isə fəlsəfə doktoru proqramı üzrə elmi işlərini müvəffəqiyyətlə davam etdirir.

Kafedranın akademik heyəti

"Ümumi fənlər" kafedrası  aşağıdakı tərkibdə fəaliyyət göstərir:

Tam ştatda olanlar:

1.T. ü. f.d., dosent Bilal Dədəyev-kafedra müdiri

2.T. ü. f. d., baş müəllim Şölə İsayeva

3.Fəl. ü. f. d., baş müəllim Rabil Mehtiyev

4. Baş müəllim Hüseyn Xəlilov

5. Müəllim Yalçın Zeynalov

Yarımştatda olanlar 

6. Sos. e. d., professor Rəfail Həsənov

7. Siy. e. ü. f. d., baş müəllim Bayram Hüseynzadə

8. T.ü. f. d., baş müəllim Ülviyyə İbrahimova

9. T. ü. f. d., dosent Vidadi Umudlu

10. Müəllim Gözəl Mehdiyeva

11. Müəllim Rafiq Verdiyev

 
 
 

©2018