Baki Mühəndislik Universitetin Mətbuat xidməti ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması işinin təşkilini və tənzimlənməsini həyata keçirir. Mətbuat xidməti rektorluğun və digər strukturların planlaşdırdığı iclas, konfrans və simpoziumları təşkili, mətbuatın fəaliyyətinin monitorinqinin aparılması, universitetin fəaliyyəti ilə bağlı ictimaiyyətin suallarını cavablandırılması ilə məşğul olur. Mədəni tədbirlərin təşkili, universitetin tanıtımının və nüfuzunun artırılması istiqamətində aparılan silsilə işlər də bölmənin səlahiyyətinə daxildir.  Universitetin tədbirləri ilə bağlı ictimaiyyəti və əməkdaşları məlumatlandırmaq məqsədilə bülletenlər, xəbərlərin elanlarını hazırlayır. Universitetin tanıdılmasında istifadə edilən kataloq, broşura və reklam cd-ni hazırlayır. Universitetin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə universitetdə görülən işlər barədə məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir, press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlayır. İctimaiyyətlə əlaqələr sahəsində normativ aktların və təşkilati sərəncam verici sənədlərin layihələrinin hazırlanmasında iştirak edir. Universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda cavab hazırlamaq və təhrif hallarının aradan qaldırlması üçün tədbirlər görmək də xidmətin fəaliyyətinə daxildir. Eyni zamanda xidmət universitet tədbirlərində KİV nümayəndələrinin iştirakını təşkil edir. Mətbuat xidməti jurnalların, reklamların, plakatların, informasiya vərəqələrinin, sorğu kitablarının nəşri və müxtəlif multimedia vasitələrinin hazırlanmasını, universitetin fəaliyyətinə dair kağız, video və foto materialların arxivinin yığılmasını təşkil edir. Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasında iştirak edir.