BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ

Pedaqoji fakültəsi Pedaqogika Kafedrası

    Pedaqogika kafedrası 2016-2017 tədris ilində fəaliyyətə başlamışdır.  Fakültəmiz  İbtidai sinif müəllimliyi və Məktəbəqədər təhsil üzrə 4 illik bakalavr təhsili verməkdədir. Bundan başqa fakültəmizdə  Təhsilin idarə edilməsi, İbtidai sinif müəllimliyi və Məktəbəqədər təhsil sahələri üzrə magistr təhsili almaq mümkündür.

Pedaqogika kafedrası bakalavr proqramı, 11 yaşına qədər olan uşaqlarla işləmək istəyən tələbələrə lazımlı olan nəzəri və praktik məlumatı verir.

Bu proqram, ibtidai siniflərdə təhsil verə biləcək məlumat, bacarıq və təcrübəyə sahib müəllimlər yetişdirmək məqsədiylə qurulmuşdur.

Pedaqogika kafedrası yüksək keyfiyyətli professor, müəllim heyəti ilə bakalavr və magistratura pilləsində tədris planında nəzərdə tutulan fənlərin tədrisini həyata keçirir.

Kafedra üzvləri ilə yanaşı magistr və dissertantlar elmi tədqiqat işlərini davam etdirirlər. 2017-ci hesabat ilində kafedrada 11 nəfər magistr (10 nəfər 1-ci kurs, 1 nəfər 2-ci kurs) təhsil və elmi tədqiqat işi ilə məşğul olmuşlar.

Kafedrada bakalavr və maqistr tələbələrinin Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqat işinə cəlb olunmasına xüsusi diqqət yetirilir

 Missiya

Kafedranın  məramı müasir təlim metodikasına əsaslanan təlim və tərbiyəni, yeni nəsil yetişdirməyi və bəşəriyətə xidməti həyatının qayəsinə çevirmiş, uşaq psixologiyasını dərindən bilən ibtidai məktəb müəllimləri hazırlamaqdır.

Məqsəd

Kafedrada təhsil alan tələbələrdə geniş dünyagörüşünə, estetik zövqün formalaşmasına da xüsusi diqqət yetirilir.

Qabaqcıl dünya təcrübəsi və milli təhsil ənənələri əsasında tərtib olunmuş, forma və məzmun baxımından bir-birini tamamlayan tədris planı və fənn proqramları yüksək səviyyəli kadr hazırlığına imkan verir.

Nəticə

Məzunlarımız ibtidai və məktəbəqədər təhsilin pedaqogikası və metodikası, təhsilin idarə olunmasının metodologiyası ixitisasları üzrə magistrantura təhsili ala bilərlər.

Tələbələrimiz Bakı şəhərində qabaqcıl təhsil müəssisələrində pedaqoji təcrübə keçə bilirlər.

Kafedranın məzunları dövlət və özəl uşaq baxçalarında, məktəbəqədər hazırlıq müəssisələrində və  siniflərdə işləyə bilərlər. İbtidai təhsil müəssisələrində, metodiki mərkəzlərdə və digər müvafiq kurslarda tədris fəaliyyətilə məşğul ola bilərlər.

Təcrübə

Kafedramızın  III - IV kurs tələbələri  Sağlam Təhsil siniflərində, son kurs tələbələri isə özəl və dövlət müəssisələrində təcrübə keçirlər. 

Beynəlxalq əlaqələr

Kafedramız Beynəlxalq Əlaqələr Şöbəsi ilə birlikdə Erasmus+ proqarmlarında, tələbə mübadilə  layihələrində  iştirak edir. Əməkdaşlarımız  və tələbələrimiz layihə  çərçivəsində fəal iştirak edirlər.

Akademik Heyət

Cəmil Məmmədov - Dosent

Əjdər Ağayev - Professor

Şaiqə İsgəndərova - Dosent

Cəsarət Valehov - Dosent

Bəyməmməd Cəbrayılov - Dosent

Yadigar Səmədov - Dosent

Arzu Məmmədova - Müəllim

İlhamə Sultanova - Baş Müəllim

Elnarə Məmmədova - Baş müəllim

Aygün Qaracayeva - Müəllim

Cavid Məmmədov - Müəllim

Elnarə Ağayeva - Müəllim

Könül Məmmədova - Müəllim

Nərgiz Məcidli - Müəllim

Nərmin İbrahimova - Müəllim

 

 
 
 

©2018